
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən dönərkən, təyyarədə jurnalistlərlə söhbətində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının namizədliklə bağlı açıqlamasına reaksiya verib.
Prezident MHP liderinin bu sözlərindən şərəf duyduğunu bildirib.
“Yeni konstitusiya ilə məqsədimiz özümüzə yer açmaq, şəxsi mənfəət təmin etmək və ya özümüzü harasa aparmaq deyil. Bunu artıq izah etmişəm. Biz yeni konstitusiyanı Tayyib Ərdoğan üçün yox, 86 milyon insan üçün istəyirik. Əlbəttə, dərdimiz var”, – Ərdoğan əlavə edib.
Xatırladaq ki, ötən həftə Prezident Rəcəb Tayyib Ərdoğan namizəd olmaq kimi bir dərdinin olmadığını söyləmiş, Konstitusiyanın bununla əlaqədar dəyişdirilməyəcəyini bəyan etmişdi.
MHP sədri Türkiyə liderinə belə reaksiya vermişdi: “Vətən, millət qayğısı olan prezidentin yolundan geri çəkilməyə haqqı yoxdur”.