
Xəbər verildiyi kimi Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Ajans.az–ın əldə etdiyi məlumata görə, o, bu gün səhər saatlarında “WhatsApp” platformasında paylaşım edib.
O paylaşdığı statuslarda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib. A. Musayev bildirib ki, E. Məmmədov muay-tay idmançılarının qarşısını almaq istəyir.