
Məlum olduğu kimi ABŞ-nin paytaxtı Vaşinqtonda bir muzeydə keçirilən tədbir zamanı İsrail səfirliyində çalışan dörd şəxsə qarşı silahlı hücum təşkil olunub. Hadisə nəticəsində iki səfirlik əməkdaşı, o cümlədən biri qadın, həyatını itirib, digər iki şəxs isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Metropolitan Polis Departamentinin rəisi Pamela A. Smitin verdiyi məlumata görə, hücum edən şəxs, 30 yaşlı Elias Rodriqüz tədbirdən əvvəl bir müddət muzeyin ətrafında gəzib, sonra isə silahını çıxararaq kütləyə atəş açıb. Təhlükəsizlik qüvvələrinin cəld müdaxiləsi sayəsində hücum edən şəxsi saxlamaq mümkün olub.
Rodriqez saxlanarkən “Fələstinə azadlıq!” şüarı səsləndirib və “Qəzza üçün etdim” ifadəsini işlədib. O, hadisə yerindən qaçmayıb, əksinə şahid kimi polislərə yaxınlaşıb.
Hadisə anı təhlükəsizlik kameralarına da qeydə alınıb və hücumçunun sakit, soyuqqanlı davranışı diqqət çəkib. Rəsmi orqanlar hadisə ilə bağlı çoxşaxəli araşdırmanın davam etdiyini bildiriblər.
İlkin məlumata görə, Çikaqodan olan Rodrigesin daha əvvəllər məhkumluğu olmayıb.