
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq.
Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq. Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir.
Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdiriləcək.
Təklif olunan digər dəyişikliyə əsasən, bələdiyyə bildirişləri elektron qaydada göndəriləcək.