
ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.
CNN xəbər verir ki, bu barədə ABŞ-nin Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.
“CBS News” telekanalının məlumatına görə, hadisə yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.
Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.
O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşının ölümü ilə nəticələnən atışmanı “antisemitizmə əsaslanan” akt adlandırıb.
Ağ Ev rəhbəri bununla bağlı “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Kolumbiya Dairəsində açıq-aşkar antisemitizm motivləri ilə törədilən bu dəhşətli qətllər indi dayandırılmalıdır! ABŞ-də nifrət və radikalizmə yer yoxdur”, – Tramp ölən diplomatların ailələrinə başsağlığı verərək yazıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: