
Hindistanın yenidən hərbi əməliyyatlara başlaması Pakistanın daha sərt reaksiyasına səbəb olacaq.
Bu xəbərdarlığı Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəisi general Əhməd Şərif Çaudri edib.
“Pakistan və Hindistan iki nüvə dövlətidir. Əgər Hindistan hərbi münaqişəyə başlamaq istəyirsə, odla oynayır. Atəşkəsi pozmağa çalışarsa, daha da sərt zərbə vuracağıq”, – general vurğulayıb.
Pakistan Silahlı Qüvvələrinin sözçüsü beynəlxalq ictimaiyyəti Hindistanı münaqişəni daha da gərginləşdirməkdən çəkindirməyə çağırıb.