
2025-ci ilin I rübündə ümumi ipoteka kreditləri üzrə tələbdə artım trendi davam edib.
Bu barədə Mərkəzi Bank tərəfindən 2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələrində qeyd edilib.
Respondentlərin cavablarına görə, tələbdəki artım İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub.
Sorğunun nəticələrində qeyd olunub ki, cari ilin I rübündə tələbin artmasına təsir göstərən əsas faktor ilin əvvəlində İKZF tərəfindən ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılmasıdır: “Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə dəyişiklik olmayacağı qənaətindədirlər”.