
İsrail anklavda aclıq təhlükəsinin qarşısını almaq üçün Qəzza zolağına ərzaq tədarükünə icazə verəcək.
Bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun Dəftərxanası məlumat yayıb.
“İsrailin Müdafiə Ordusunun tövsiyəsi və HƏMAS-a qalib gəlmək üçün intensiv döyüşlərin genişləndirilməsinin təcili zərurətini nəzərə alaraq, İsrail Qəzza zolağında aclıq böhranının yaranmasının yaranmasına yol verməmək üçün əhalini əsas ərzaq məhsulları ilə təmin edəcək”, – bəyanatda deyilir.
Dəftərxanada qeyd edilib ki, İsrail HƏMAS-ın humanitar yardımın paylanmasına nəzarəti ələ keçirməsinin qarşısını almaq və bu yardımın HƏMAS terrorçularına çatmamasını təmin etmək üçün səy göstərəcək.
Dəftərxana qeyd edib ki, Qəzza zolağında qida böhranı HƏMAS-ı məğlub etmək üçün “Gideon arabaları” əməliyyatının davam etdirilməsini təhlükə altına sala bilər.
Qeyd edək ki, mayın 18-də İsrailin Müdafiə Ordusu “Gideon arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub ərazilərində hərbi əməliyyatlara başladığını elan edib.