
Qobustan rayonu, Təklə kəndində yaşayan fermer Məhərrəmov Əfqan Xanəhməd oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ictimailəşdirilməsi məqsədi ilə şikayət məktubu ünvanlanıb. Şikayətçi həmçinin Daxili Işlər naziri Vilayət Eyvazovdan Abşeron RPİ-nin TŞ-nın təhqiqatçısı Zaur Məmmədovun 20 mart 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə əsassız QƏRARInın ləğv ediməsinə kömək göstərilməsini istəyir.
Bir surəti də Aktualinfo.org-a daxil olan şikayət məktubunda deyilir:
Cənab Prezident, Siz həmişə göstəriş vermisiniz ki, sahibkarlara qarşı yersiz müdaxilələr olmasın, onlara şərait yaratmaq lazımdır ki, xidmət və istehsalla normal məşğul olsunlar. Çox təəssüflər olsun ki, bizim kimi əsl sahibkarlara qarşı dələduzluq edən, dövlət torpaqlarını dədə malı kimi bizlərə qanunsuz icarəyə verib rüşvət alan dələduzlar barədə hüquq mühafizə orqanlarına müraciət edəndəndən sonra təhqiqatçının gəldiyi nəticələri görəndə şoka düşürük. Qısası mənə qarşı dələduzluq cinayətləri törətmiş şəxslərin qanunsuz əməllərini ört basdır etmək üçün dəridən qabıqdan çıxan, özünün beynində uydurduğu saxta mülahizələrlə cinayətkar dəstəyə vəkillik edən DİN Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Məmmədov Zaurun “fitri istedadına” heyran olmamaq mümkünsüzdür. Bu adam utanmasa qatığa da qaradır deyə qərar qəbul edə bilər. Bu təhqiqatçı nə mənim dələduzun kart hesabına köçürdüyüm pulu ( faktiki sübutu) , nə də əlbəl şahid yanında verdiyim 3000 manatla bağlı şahid ifadəsi almadan, üzləşmə keçirmədən, tamamilə tanımadığım Dəmir Sabitov adlı şəxsi işə cəlb etməklə və ondan öz diktəsilə düzüb qoşma ilə saxta ifadə alıb baş vermiş cinayəti 20 mart tarixli tərtib etdiyi saxta və əsassız qərarı ilə ört-basdır etməyə cəhd etmişdir. Və bu barədə rayon Prokurorluğuna da yalan məlumat vermişdir. Məncə ailəyə belə qazanılan çörəyi yedizdirməzlər. Babalarımızdan eşitmişəm ki, “Çörəyi kişi kimi qazanarlar”.
Bir daha xatırlatmaq istəyirəm ki, mən, Əfqan Məhərrəmov dədə-babadan ömür boyu heyvandarlıq təsəsrrüfatıilə məşğul olmuşuq. Qışlaq dövründə cənub regionlarındada- Hacıqabul və ya Abşeron rayonlarındakı qışlaq ərazilərində, yay vaxtı isə şimal zonasında olan yaylaqlardan istifadə etməklə ailəmizlə birlikdə birtəhər güzəran edirik. 2019-2024-cü illərdə bizim 550 baş xırdabuynuzlu heyvanları yaylaq otlaqda otarıb növbəti dəfə də Abşeron rayonun Ramazan qışlaq sahəsinə gətirib Mürşüd adlı şəxsdən 4000 manat nağd pula aldığım 400 ha sahədə otaqmaq istərkən şahidi olduq ki, Bəxtiyar adlı digər şəxs tərəfindən mənə icarəyə verilmiş sahədə 2024-cü ilin sentyabrın 11-dən noyabrın 1-dək özbaşnalıq edərək yatağına otarmışdır. Mən Bəxtiyarla mübahisə edərkən məlum olmuşdur ki, Mürşüd mənim kimi bu adama da mənə icraəyə verdiyi 400 ha qış otlaq sahəsinə görə qanunsuz olaraq 4000 manat alaraq dələduzluq etmişdir. Bizə o da məlum olmuşdur ki, Mürşüd adlı bu şəxs özünün heç bir qoyun yatağı və mal qarası olmadan əvvəllər Abşeron rayon İcra Hakimiyyətindəki aidiyyatı məmurlarla gizli sövdələşərək Ramazan qışlaq örüş sahəsini heç bir icarə müqaviləsi və digər sənədlər olmadan özbaşına zəbt edərək bizim kimi real fermerlərə eyni yeri sataraq əsassız varlanır və bizləri üz üzə qoyur. Nəticədə hər ikimizin təsərrüfatlarımza ağır zərər verir. Budur, Bəxtiyarla mənim qoyun yatağım arasında eyni 400 ha sahə üzərində olan davalarımız və mübahisələrimiz indiyə qədər davam edir. Belə ki, bu adamın yatağında olan 400 baş qayundan başqa 150 baş da iribuynuzlu mal –qara saxlamaqla qış örüş sahəsini məhv etməkdədir. Qanunvericiliyə görə bir yataqda cəmi 4 baş iribuynuzlu mal-qara saxlamağa icazə verilir. Biz etiraz etdikdə Bəxtiyar qardaşları Mirzə və şəhriyarla birlikdə mənim yatağımı sıxışdırmaqla məşğuldur. Onların yatağında olan 20 ədəd çoban itini mənim yatağımı qoruyan 4 ədəd itin üstünə hücum etdirməklə 1 itimi öldürmüş, digərləri isə ölümcül vəziyyətə düşmüşlər.
Axı, təkcə “Ramazan” qış otlaq sahəsi 650 ha qədərdir ki, onu da heç bir baş iri və ya xırda butynuzlu mal-qarası olmayan Mürşüd adlı birisinə 2021-ci ilədək 400 ha-nı veriblər. Qalan 250 ha isə Rasim adlı digər şəxsə veiblər ki, bu adamın ümumiyyətlə qoyun-quzusu, heç bir dənə də olsun dana qulağı belə yoxdur. Hər iksi 650 ha sahədə makler kimi alver edib pul qazanmaqla məşğul olub dövlət büdcəsinə 1 qəpik də olsa pul ödəmirlər. Eləcə də vergi cinayəti törədirlər. Amma Mürşüdlə İH arasında bağlanan icarə müqavilə müddəti 3 ildir ki, vaxtı bitməsinə baxmayaraq bu adam qanunsuz olaraq sənədi olmadığı halda dövlətin torpağını eyni vaxtda 2 nəfərə qanunsuz icarəyə verib alverlə məşğuldur.
“Ramazan” qış otlaq sahəsini indiyədək sənədsiz -qanunsuz zəbt edərək fermer Bəxtiyar və mənə eyni yeri ( 400 ha) hər ikimizə 4000 manata sataraq dələduzluq etmiş Mürşüddən pulumuzun geri qaytarılmasına və Bəxtiyarın da mənə qarşı yersiz təzyiqlərinin dayandırılması barədə qanuni tədbrlər görülməsi barədə yuxarı orqanlara yazdığım 16 fevral 2025-ci il tarixli məktubuma əsasən Abşeron RPİ-nin TŞ-də başlanmış HK-1/2770 nömrəli material təhqiqatşı Məmmədov Zaur tərəfindən reallığa uyğun olmayan, uydurma şahidlərdən ifadə almaqla, torpağı bizə əsassız olaraq icarəyə verən Mürşüddən kim sənə belə bir səlahiyyət verib ki, dövlətin torpağını özbaşına eyni vaxtda 2 fermerə 4000 manatdan icarəy verib gəlir əldə edirsən? Mənim onun bank kartına göndərdiyim 1000 manat I isə guya Dəmir adlı tanımadığım şəxsə borc əvəzi qaytarmağımı xəstə təxəyyülü ilə təsdiq etməyə çalışmışdır. Şahid yanında Mürşüdə verdiyim 3000 manatın təsdiqi üçün isə qəsdən şahid ifadəsinin alınmasını istəməmişdir ki, cinayətlər ortaya çıxmasın. Təhqiqatçı mənim izahatıma qarşı uydurma və yalan izahatlar alıb düzüb qoşma ilə Mürşüd adlı şəxsin cinayətlərini qəsdən ört basdır etmişdir. Ona görə də cənab baş prokuror Kamran Əliyevə müraciət edirəm ki, nəinki mənim işimlə bağlı materialın tam öyrənilib hüquqi qiymət verilməsinə və saxta qərarın ləğv edilməsinə, ümumiyyətlə Məmmədov Zaur adlı təhqiqatçının apardığı bütün saxta işlərin yenidən təftiş edilərək bu polisin fəaliyyətinə hüquqi qiymətin verilməsi zərurəti yaranmışdır. Belə olmasa indidki ağır iqtisadi və siyası bir dövrdə mənim kimi sadə insanların dövlətə qarşı inamı sarsıla bilər.
Cənab Daxili İşlər naziri hörmətli Vilayət Eyvazovdan da xahişim budur ki, Abşeron RPİ-nin TŞ-nin təhqiatçısı Məmmədov Zaurun mənim müraciətim əsasında saxta qərarı ilə ört-basdır etdiyi cinayətin araşdırlmasını Bakı Baş Polis İdarəsində araşdırılmasına göstəriş verəsiniz. Sağ olun deyirəm.
QEYD: Təhqiqatçı 20 mart 2025-ci il tarixli saxta qərarını nədənsə mənə və prokurora 12 mayda təqdim etmişdir.
Aktualinfo.org