
Türkiyə, Rusiya və Ukrayna arasında İstanbulda danışıqlar başlayıb.
Danışıqlar mətbuata qapalı formatda aparılır.
Qeyd edək ki, Türkiyə nümayəndə heyətinə Hakan Fidan rəhbərlik edir.
Moskva nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.
Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edir. Heyətə həmçinin xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa, Təhlükəsizlik Xidmətinin sədr müavini Aleksandr Poklad, Baş Qərargah rəisinin müavini Oleksiy Şevçenko, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəis müavini Vadim Skibitski, Xarici Kəşfiyyat Xidmətinin birinci sədr müavini Oleh Luhovski, eləcə də Silahlı Qüvvələrin Baş Qərargahı, Hərbi Hava və Dəniz Qüvvələri və Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Ofisinin müşaviri Oleksandra Oleksandrova daxildir.
Xatırladaq ki, tərəflər arasında son görüş 2022-ci ilin mart ayında İstanbulda keçirilib. Lakin aparılan danışıqlar nəticə vermədi və tərəflər arasında hər hansı razılaşma əldə olunmandı.