Skip to content
14/05/2025
Aktualinfo.org

Aktualinfo.org

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 14
  • SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib – Yeni faktlar (VİDEO)
  • MEDİA

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib – Yeni faktlar (VİDEO)

admin 14/05/2025
saleh-imişli
İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib – red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.

Məlumata görə, Saleh Səmədovun İmişlidə “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

Əvvəllər 90 AA 679 nömrəli “Rolls-Royce” ilə hərəkət edən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib

Maraqlısı budur ki, 1962-ci ildə anadan olan S.Səmədov ali təhsilini 30 yaşından sonra almağa qərar verib. O, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görünür, sonradan ali təhsil almaq qərarı birdən-birə fəhləçilikdən varlanmağa gedən yolda Saleh Səmədovun vəzifə tuta bilməsi üçün əsas şərt olub.

Həqiqətən də orta məktəbi bitirdikdən sonra (1981) İmişli rayon Yol İstehsalat idarəsində fəhlə kimi işləyən Saleh Səmədova çox keçmədən İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri kimi məsul vəzifə həvalə edilir. Bu müddət ərzində müxtəlif qurum və şirkətlərdə direkor, baş direktor işləyən S.Səmədov 2002-ci ildə İmişli rayon “Araz” MMC-ni təsis edir. 2010-2011-ci illərdə İmişli rayon İcra Hakimiyyətində Başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib.

2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o, Şuranın sədri seçilib.

Daha bir diqqət çəkən məqam odur ki, 2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə “Georgi lenti”ni heç də təsadüfən taxmadığından xəbər verir.

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib

Həmçinin araşdırmamız zamanı məlum olub ki, Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSRİ bayrağından orada çox sayda olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.

Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli Rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib.

Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində verdiyi nöqsanlara görə işdən çıxarılmışdı.

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Buna görə də o, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb./unikal.az

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - Yeni faktlar (VİDEO)

About The Author

admin

See author's posts

Continue Reading

Previous: “Türkiyəyə və Ərdoğana dərin təşəkkürlərimizi bildiririk” – Nazir canlı yayımda göz yaşlarını saxlaya bilmədi + VİDEO
Next: Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir

OXŞAR MÖVZULAR

tahir-emiras
  • MEDİA

“Dövlət Agentliyinin xərclədiyi bu vəsait Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsi idi” – ŞOK AÇIQLAMA

admin 14/05/2025
klinik-x-na
  • MEDİA

Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ

admin 14/05/2025
imişli
  • MEDİA

Beş ayda iki böyük qalmaqal – İmişlinin icra başçısı kimdir?

admin 14/05/2025

XƏBƏR LENTİ

  • Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir 14/05/2025
  • Pulsuz evlərin verilməsi 2030-cu ilədək davam etdiriləcək – Sərəncam kimlərə şamil olunur? 14/05/2025
  • Rəqəmsal bazarda reklam xidmətləri kimlərə və necə xeyir gətirir? 14/05/2025
  • Fərid Şəfiyev: Azərbaycan Qlobal Cənubla əməkdaşlıqdan fayda əldə edir 14/05/2025
  • Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir 14/05/2025
  • SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib – Yeni faktlar (VİDEO) 14/05/2025
  • “Türkiyəyə və Ərdoğana dərin təşəkkürlərimizi bildiririk” – Nazir canlı yayımda göz yaşlarını saxlaya bilmədi + VİDEO 14/05/2025
  • Paşinyan seçim etməlidir, yoxsa Rusiya… – Belyayev 14/05/2025
  • “Dövlət Agentliyinin xərclədiyi bu vəsait Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsi idi” – ŞOK AÇIQLAMA 14/05/2025
  • 20 faizini xəstələr özləri ödəyəcəklər – VACİB DƏYİŞİKLİK 14/05/2025
  • Korotçenko: “İrəvan ona görə silahlanır ki, təxribata əl atsın” 14/05/2025
  • Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ 14/05/2025
  • Beş ayda iki böyük qalmaqal – İmişlinin icra başçısı kimdir? 14/05/2025
  • “Əgər Putinlə görüşsəm…” – “Heç kim müharibənin nə qədər davam edəcəyini bilmir” 14/05/2025
  • Türkiyə üçün ən böyük təhdid PKK yox, budur 14/05/2025
  • Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir? 14/05/2025
  • Elektronika mağazalarının fırıldaqları niyə adi hal alıb 14/05/2025
  • Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq 13/05/2025
  • Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı tədbirləri davam edəcək 13/05/2025
  • Zakir Həsənov: Azərbaycan-Türkiyə hərbi qulluqçularının birgə təlimlərinin sayı ötən ilə nisbətən artıb 13/05/2025

Sağlamlıq

tezyiq_47576
  • SAĞLAMLIQ

Sağ və sol qollarda fərqli təzyiq nə deməkdir?

admin 21/04/2025
trans-yag
  • SAĞLAMLIQ

Hər yeməyə əlavə edirik, sağlamlığı MƏHV EDİR

admin 17/04/2025
beden_cekisi
  • SAĞLAMLIQ

Bədən çəkisini sabit saxlamaq üçün nə edək?

admin 12/03/2025
holodnie-ruki-oseny-2
  • SAĞLAMLIQ

Əl və ayaqların daim soyuq olması ciddi problemlərdən xəbər verə bilər

admin 25/02/2025
toyuq_0421
  • SAĞLAMLIQ

Toyuğun bu hissələri sağlamlıq üçün təhlükəlidir

admin 19/02/2025

MƏDƏNİYYƏT

1278798
  • MƏDƏNİYYƏT

“3-cü Bakı Müasir Musiqi Günləri” Festivalı başlayır

admin 13/05/2025
adil-iskenderov
  • MƏDƏNİYYƏT

Xalq artisti Adil İsgəndərovun doğum günüdür

admin 05/05/2025
maqsud-gece
  • MƏDƏNİYYƏT

Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

admin 05/05/2025
uzaq-sahiller
  • MƏDƏNİYYƏT

“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub

admin 25/04/2025
opera-teatr
  • MƏDƏNİYYƏT

Azərbaycanda ilk dəfə “Opera Günləri” baş tutacaq

admin 17/04/2025

İDMAN

yamal
  • İDMAN

Çempionlar Liqasının yarımfinalında qol yağışı: İlk finalçı müəyyənləşdi

admin 07/05/2025
tra
  • İDMAN

“Traktor” çempion! – Fotolar

admin 02/05/2025
traktor-tebriz
  • İDMAN

“Trabzonspor”dan “Traktor”la bağlı maraqlı paylaşım

admin 28/04/2025
qol--
  • İDMAN

“Real”ın yeni Raulu, Rafinya üçün ikinci nəfəs – Mövsümün parıldayan ulduzları

admin 28/04/2025
traktor-az
  • İDMAN

“Traktor”un matçında VAR monitoru işləmədi – Azarkeşlərdən etiraz+Video

admin 26/04/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Copyright © 2025 aktualinfo.org All rights reserved. | MoreNews by AF themes.