
Rusiya Prezidenti Vladimir Putin sabah İstanbula uçmayacaq və uçmağı da planlaşdırmır.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Türkiyəyə gedəcək Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov daxildir.
Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, mayın 15-də Ukrayna ilə keçiriləcək İstanbul danışıqlarında Rusiya nümayəndələrinin adları ölkə Prezidenti Vladimir Putinin lazım bildiyi zaman açıqlanacaq.