
PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xatırladaq ki, PKK 1978-cü ildə yaradılan və 1984-cü ildə ilk terror aktını həyata keçirən qruplaşma özünü buraxdığını elan edib.
“PKK Abdullah Öcalanın fevralın 27-də verdiyi bəyanatla əlaqədar qurultay təyin edib. Qruplaşmanın XII qurultayında PKK adı altında aparılan işlərə son qoyulduğu ilə bağlı qərar qəbul edilib”, – yayılan məlumatda qeyd olunub.
Qeyd edək ki, MHP sədri Dövlət Baxçalının çağırışı ilə hökumətin “Terrorsuz Türkiyə” adlandırdığı prosesdə terror təşkilatının özünü ləğv edib silahı yerə qoyması çağırışı İmralıdan gəlib.
Bu çağırışdan sonra PKK qurultayını topladığını açıqlayıb. İlk açıqlamada Öcalanın çağırışı əsasında tarixi əhəmiyyət kəsb edən qərarların alındığı bildirilib.