
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, ev 8 ünvanda yaşayan Bayramova Ağca Abdulla qızı tərəfindən Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və diğər aidiyyəti qurumların rəhbərlərinə dələduz dəstənin barəsində təcili tədbir görülməsi ilə bağlı müraciət ünvanlanıb.
Bir surəti də ictimailəşdirilməsi məqsədi ilə Aktualinfo.org-a daxil olan şikayət məktubunda deyilir:
Çox hörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev! Sizin geniş fəaliyyətiniz və siyası iradəniz sayənizdə Azərbaycan müstəqilliyini və torpaqlarını indiyədək qoruyub saxlamış və ərazi bütövlüyünü bərpa etmişdir. Və biz sadə insanlar da Sizinlə həmişə fəxr etmişik ki, sayənizdə Azərbaycanı hüquqi dövlətə çevirmişdir.
Lakin çox təəssüflər olsun ki, bəzi qoçu dəstələri əsasən paytaxt Bakı ərazisində bizim kimi sadə insanların etimadından süi-istifadə edərək ömür boyu qəpik qəpik yığdığımız pulları ev tikmək adı altında mülkiyyət növü kimsəyə dəqiq məlum olmayan böyük torpaq ərazilərini əvvəlcə saxta sənədlərlə ələ keçirir və sonra bu hektarları hissə hissə bölərək yenə də saxta sənədlərlə bizlərə satırlar. Sonradan ortaya çıxan başqa bir qoçu dəstəsi ortaya çıxır və sadə fiziki şəxslərə 3-4 il əvvəl satılmış bu ərazini yenidən basıb çəpərləyərək zəbt edib özbaşnalıq edirlər. Cənab Prezident, hesab edirik ki, bir birilə əvvəlcədən sövdəkləşən bu dələduz və qoçu dəstələrinin qarşısı dərhal alınmalı, onlar barəsində hüquq müstəvisində cidi tədbirlər görülməlidir ki, biz sadə insanların dövlətə və Prezidentimizə qarşı inamımız sarsılmasın.
İmkan vermək olmaz ki, hüquq-mühafizə orqanlarında kök salmış bəzilərilə gizli əlaqəyə girən bu dələduz dəstələr cinayətlərini daha aqressiv formada və özlərini cəzasızlıq mühitində hiss edərək davam etdirməsinlər.
Faktları ardıcıllıqla nəzərinizə çatdırıram: Biz və ailəli 3 oğlum Suraxanı rayonunda balaca bir həyət evində yaşayırıq. Mənzil şəraitimizin qismən də olsa yaxşılaşdırmaq üçün 2020-ci ildə torpaq alqı-satqısı ilə məşğul olan əslən Tovuzlu Hüseynov Maarif İmran oğlundan ( mob. 070 437 77 66 və 050-2019520) 5 sot torpaq sahəsi aldıq. Və Xırdalan şəhərindəki İsa Həbibbəylinin qızı Günayın notariusunda alqı-satqı oldu və sonradan isə çıxarış aldıq. Ömür boyu qəpik qəpik yığdığımız pulla nəhayət torpaq ala bilməyimizə çox sevindik. Planladıq ki, bir az da pul toplayıb iki oğlumuzu burada yebəyer edərik. Və birdən gördük ki, 2024-cü ilin əvvəlində torpaq sahəmizi dəmir setka ilə zəbt edirlər. Maarifə müraciət etdik. Canfəşanlıq etməyə başladı ki, narahat olmayın , danışmışam. Sizin yeriniz 10 günə kimi çəpərdən azad olunacaq. Və özünüzə qaytarılacaq. Budur, 1 ilə yaxındır ki, Maarifin boş vədləri həyata keçmir, Ya da o bizim verdiyimiz 12000 manat pulumuzu qaytarmır.
Məlumat üçün onu da qeyd etmək istəyirik ki, Maarifin şefi olan Qasım adlı şəxs( 050-225 24 44) onun bacanağıdır. Bu dəstə üzvlərinin əsas işi məslən, Abşeron rayon ərazisində 100 ha kənd təssərrüfatlı torpaq sahəsini əvvəlcə icarə sənədi ilə Abşeron İH-nin sənədi üzrə uzun müddətə icarəyə götürürü və sonradan hissə hissə ev tikmək üçün ayrı ayrı fiziki şəxslərə bizə satdıqları kimi ( Abşeron RİH-nin razılıq məktubu əsasında notariat kontorunda alqı-satqı müqaviləsilə satışını təşkil eirlər.) Və 10 dəfə artıq qazanc əldə edirlər. Eləcə də Suraxanı rayonun Binə qəsəbəsi ərazisində də 50 ha sahəni beləcə “sənədləşdirərək” sonradan torpaq bazarı təşkil edərək bizi kimi vətəndaşları aldadaraq ev tikmək adı altında kənd təsərrüfatı torpaqlarının qanunsuz satışını həyata keçirir və əsassız varlanırlar. Budur indi də bizə və digərlərinə satdıqları ərazini 2024-cü ildən “Grant Agro” adlı təşkilat gələrək birbaşa zəbt etmişdir. Onlarla bizi kimi insanların Maarif-Qasım dəstəsindən aldıqları torpaqları və bu torpaq üzərində tikdikləri evləri “Grant Agro tərəfindən zəbt edilərək vətəndaşların bu əraziyə buraxılması qadağan edilmişdir. İndi biz bilmirik ki, Maarif-Qasım dəstəsi bu ərazini əvvəl bizə satmış, sonradan isə “Grant Agro”ya təkrar sataraq çoxlu pul qazanmışlar. O da məlum olmuşdur ki, Maarif-Qasım dəstəsi bizi kimi digər adamlara satdıqları torpaqlardan aldıqları pulların bir qismini qaytarmışlar. Deməli, nəticə hasil olur ki, onlar bu torpaqları “Grant Agro”ya satıb pul götürüblər ki, yerdə qalan camaatın da pulunu qaytara biliblər. Bizi kimi zəif insanlar da bu dələduz dəstənin əlində oyuna düşmüşük. Onlar bizim də ya torpağın ya da pulumuzun geri qaytarılacağına söz verir, lakin əməl etmirlər. Onların istəyi olardısa əllərində hazırda mövcud olan digər ərazilərdən 5 sot torpaq sahəsini bizə əvəz olaraq verə bilərdilər. Lakin bunu etmək istəmirlər. Biz də bu dələduz dəstənin əməllərindən 2024-cü ilin yayından bu günədək yuxarı orqanlara şikayət ərizələri yazıb pulumuzun qaytarılmasında köməklik göstərilməsi xahişlıər etmişik.
RƏSMİ CAVAB MƏKTUBLARINDA BİLDİRİLİR:
DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi cənab Anar Mirhəşimovun 27.08.2024 və 09.09.2024-cü il tarixli məktublarında qeyd edilir: “Müəyyən olmuşdur ki, əriniz Bayram Bayramovun eyni məzmunlu müraciəti üzrə hazırda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində araşdırma aparılır. Müraciətiniz KQM Baş idarəsinə göndərilmişdir.”
Çox təəssüflər olsun ki, Baş idarə tərəfindən nə bizdən bir izahat alınıb, nə də bir rəsmi cavab verilib.
DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis əvəzi Emin Məmmədovun 09.01.2025-ci il tarixli cavab məktubunda bildirlir: “…Prezident Administrasiyasından daxil olmuş müraciətiniz baxılması üçün aidiyyatı üzrə Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Nəticə barədə sizə məlumat veriləcəkdir.”
Baş Prokurorluqda DİO –nın İstintaq, təhqiqat və qanunların icrasına nəzarət idrəsinin rəis müavini xanım Günay Məmmədlinin Abşeron rayon Prokuroruna yazdığı 25.12.2024-cü il tarixli məktubunda qeyd edilir: 5 sot torpaq sahəsinin Hüseynov Maarif İmran oğlu tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti müvafiq qaydada baxılmasının təmin edilməsi üçün sizə göndərilir.”
Abşeron rayon Prokurorunun Abşeron RPİ-nin rəisi Musa Musayevə yazdığı 27.09.2024-cü il və 25.10.2024-cü il tarixli məktublarından aydın olur ki, bizim ərizəmizin icraatına baxan təhqiqatçı Alməmmədov Ələddin Sərdar oğlunun 17.09.2024-cü il tarixli və sonradn yenə əsassız olaraq qəbul etdiyi 10.10.2024-cü il tarixli qəralarının əsassız olduğundan ləğv edilərək əlavə araşdırma aparılması üçün Polis İdarəsinə qaytarılmışdır.” Lakin məslələrin gedişatından məlum olur ki, bizim ərizələrimiz əsasında nə Baş Prokurorluq yanında KQMİ-də, nə də Abşeron RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmaların nəticəsi olaraq bizi kimi çoxsaylı insanlara qarşı cinayətlər törətmiş dələduz dəstələrə qarşı “cinayət işinin başlanmasının rədd edilməsi” barədə əsassız qəraralar qəbul edilmişdir. Baxmayaraq ki, Abşeron rayon Prokuroru cənab Qabil Qasımov 2 dəfə maddi maraqların təmin edilməsi nəticəsində qəbul edilmiş əsassız 17.09.2024-cü il tarixli və sonradn yenə əsassız olaraq qəbul etdiyi 10.10.2024-cü il tarixli qəraları ləğv etmişdir.
Deməli, nəticəyə gəlirirk ki, istər Maarif-Qasım” dəstəsinin, istərsə də “Grant Agro” təşkilatının cinayət əməllərinə Korupsiyaya qarşı Mübarizə Baş İdaərəsi və Abşeron RPİ-nin Təhqiqat Şöbəsi hüquqi qiymət verməyə nədənsə acizlik göstərirlər. Nəticədə törədilən və törədilməkdə davam edən cinayətlərə görə biz və bizi kimi nsadə insanlar əmlaklarımızdan məhrum olmuşuq. Yəni dələduz dəstələrlə hüquq-mühafizə orqanlarının gizli sövdələşməsi nəticəsində biz ədalətə nail ola bilməmişik.
Cənab Prezident İlham Əliyev və cənab Baş Prokuror Kamran Əliyev Ona görə Sizlərə müraciət etmək zorunda qalmışıq və çox xahiş edirik ki, bizə qarşı cinayət törətmiş dələduz dəstələrin qanunsuz əməllərinin qarşısının alınması və bizə dəymiş maddi ziyanın ödədnilməsi üçün ərizəmizə Başı Baş Polis İdarəsinin daha savadlı, təcrübəli, cəsarətli müstəntiqlərinə Sizlərin şəxsi nəzarətləri altında araşdırmalar aparmasına göstəriş verəsiniz. Əvvəlcədən böyük ümidlə hər birinizə sağ olun deyirik.
Aktualinfo.org
Məqaləyə dair fotomateriallar:



