
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər əmək bazarında yeni mərhələnin başlanğıcı ola bilər. Artıq saatlıq maaş sistemi hüquqi çərçivəyə salınır. Bu isə həm işəgötürənlər, həm də işçilər üçün yeni imkanlar və suallar deməkdir. Hazırda əməkhaqqı əsasən aylıq şəkildə hesablanır. Amma bu, qısamüddətli və qeyri-daimi işlər üçün çətinliklər yaradır. təklif edilən saatlıq əməkhaqqı sistemi bu boşluğu doldurmağa hesablanıb.
Xəzər TV bildirir ki, millət vəkili Vüqar Bayramov deyir ki, yeni mexanizm işçinin faktiki işlədiyi saatlara uyğun olaraq əməkhaqqı almasını nəzərdə tutur. Bu sistem xüsusilə müvəqqəti işlər, frilans fəaliyyəti və yarımştat iş yerləri üçün daha şəffaf və çevik imkanlar yaradacaq. Eyni zamanda bu sistem İşçilər üçün əlavə üstünlüklər də verəcək.
Millət vəkilinin sözlərinə görə, şəxs gündəlik təyin edilən iş saatından çox çalışdıqda eyni zamanda bayram və istirahət günlərində əmək haqqının hesablanması fərqli qaydada olacaq.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bir sıra restoranlar var ki, saatlıq maaş sistemi tətbiq olunur. 1 saatlıq ödəniş 2-3 manat arasında dəyişir.
Daha ətraflı videomaterialı təqdim edirik: