
Balakən rayonun Qazma kənd sakini Bayramov Famil Aslan oğlu tərəfindən ona qarşı törədilən dələduzluq əməllərinə görə 6000 manat pulumun qytarımaması üçün Balakən İcra şöbəsinin məmuru Bəhruzun özbaşına əməllərinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova və diğər aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş məktubda deyilir:
Çox hörmətli cənab Prezident İlham Əliyev!
Sizin məhkəmə və icra şöbəsi islahatları barədə qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki, Azərbaycan Respublikası dövlətinin təmsil edən notarial orqanın sənədinin icra olunmaması üçün Balakən İcra Şöbəsində şəxsi maddi maraqlarının təmin edilməsi nəticəsində aparılan uğurlu məhkəmə islahatlarına kölgə salmaq istəyənlər vardır. Belələrindən ən təhlükəlilərindən Balakən İcra Şöbəsinin icra məmuru hesab edilən Bəhruz adlı birisidir.
Bir daha xatırlatmaq istərdik ki, mən həmkəndlim olan Məmmədova Rahilə Məhəmməd qızına 2024-cü ilin əvvəlində mənə şəxsi fındıq bağının satılması şərtilə əvvəlcədən ona Balakən Notariat kontorunda borc müqaviləsi imzalayaraq 7000 ( yeddi min manat) vermişdim. Daha sonra da 1000 manatı onun oğlu olan Sərkərov Pərviz Məmməd oğluna da notarius vasitəsilə vermişdim. Lakin necə oldusa bu ana və oğul fikirlərindən vaz keçdilər. Və mənə 2000 manat qaytardıqdan sonra qalan 6000 manat pulumu 1 ildən çoxdur ki, qaytarmaq istəmirlər. Mən notariat kontoru rəisinə şikayət etdim. O da məsələnin həll edilməsi üçün Balakən İcra Şöbəsinə göndərdi. Rahilənin hazırda əmək pensiyası 950 manat olduğu halda Balakən İcra Şöbəsinin icra məmuru olan Bəhruz bildirdi ki, fevral ayından sizə onun kartından 450 manat tutularaq ödənişlər olacaq. Məsələnin tezbazar həlli üçün 200 manat da aldı. Lakin mart ayında da dedi ki, guya pensiyalar gecikir. Pul ödəniləcək. Yenə ödənilmədi. Bu ilin aperlində isə cavab verir ki, bəs Rəhilə xanım aldığı pensiyadan 950 manat təqaüdün 450 manat tutlmasından Balakən rayon Məhkəməsinə şikayət edib və məhkəmə də dərhal icraatı dayandırıbmış. Ona görə ödəniş olmayacaq. Budur, Bəhruz son iki həftədir ki, telefon zənglərimə də cavab vermir.
Bu məsələlərdən 2 ay qabaq isə Rahilənin Ekologiya Nazirliyində Meşələrin İnkişafı Depertamentində işləyən oğlu ( pəltək və keçəl) Sərkərov Rəşad Məmməd oğlu mənimlə şəxsi telefon (055-4553909) danışığı zamanı bildirdi ki, bizim sizə hər ay cəmi 100-150 manat ödəmək imkanımız var. Razısansa razılaş,deyilsənsə get hara istəyirsən şikayət et. Biz də öz bildiyimiz edəcəyik. Mən razılaşmadım. Onlar istəyirdilər ki, mən şikayəti geri götürüm bu ailə də bir iki ay 100- və 120 manat verib işi dələduzcasına həll etsinlər. Bildirim ki, Rahilənin qardaşı da ETSN-də uzun müddət yüksək vəzifədə işləyib və oğlunu da dayı olaraq bu nazirliyə soxuşdurub. İndi də birbaşa Balakən İcra Şöbəsi məmuru Bəhruzla gizli sövdələşərək pulumu qaytarmamaq üçün məhkəməyə müraciət edib hakimlə gizli sövdələşməyə gediblər. Çünki Rəşad məni xəbərdar etmişdi ki, mənim adamlarım var və bu işi bildiyimiz kimi həll edəcəyik. Bəli, bu gün Rəşadın dedikləri təsdiqini tapır.
Mən hələ 2024-cü ilin iyul ayında Balakən rayon Prokurorluğuna müraciət edərək Rahilə və oğlu Pərvizin mənim etimadımdan süi-istifadə edərək guya mənə fındıq bağı verəcəklərini söz verərək 6000 manat pulumu ələ keçirmişlər. Sonradan mənə məlum olmuşdur ki, Rahilə bu pullarla başqa başqa şəxslərə ( Şəkidə, Yelaxda və Bakıdan olan ) təqaüd düzəltmək adı altında pullarını mənimsəyərək dələduzluq etmiş və buna görə də verilən şikayətlər əsasında mıəsələn, Yevlax rayon Məhkəməsi onun barəsində keçən ilin dekabrında 2 ay həbs qəti imkan tədbiri seçmişdir. Hal hazırda da Balakən və Şəki Məhkəmələrində də onun barəsində verilən şikayətlərə baxılmaqdadır. Son nəlumata görə isə Rahilənin oğlu Pərviz Bakı şəhərində verilən şikayətlərə görə saxlanılmışdır. Bu nəticəyə gəlirəm ki, Rahilə məndən dələduzluqla aldığı pullarla dələduz oğlu Pərvizin həbsdən azad olunması üçün zərəçəkmişlərə verməyə məcbur olmuşdur.
Cənab Prezident və cənab Ədliyyə naziri Sizlərdən xahiş edirəm ki, Rahilə və oğullarının mənə və digərlərinə qarşı törətdikləri dələduzluq əməlləri araşdırılaraq hüquqi qiymət verilməsinə, onlarla gizli sövdələşmələr edən Balakən rayon məhkəmə hakimi və Balakən rayon İcra Şöbəsinin icra məmuru Bəhruzla bağlı da şəxsi nəzarətiniz altında araşdırmalara başlanmasına göstəriş verə və mənə dəymiş ziyanın ödənilməsinə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümü bildirirəm.
Aktualinfo.org