
Kreml Vladimir Zelenskinin 30 günlük atəşkəs barədə fikirləri ilə tanışdır, lakin hesab edir ki, bütün nüansları həll etmədən belə uzunmüddətli atəşkəsdən danışmaq mümkün deyil.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Prezident Putinin Kremldə danışdığı nüanslar burada önəmlidir. Bu da vacibdir, lakin bu suallara cavab olmadan belə uzunmüddətli atəşkəsə nail olmaq çətindir”, – o bildirib.