
İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən güclü partlayışın yeni görüntüləri yayılıb.
Bu barədə “Azad İran” Teleqram kanalı paylaşım edib.
Yayılan videokadrlarda hadisə nəticəsində ortaya çıxan dağıntıların miqyası və ölkənin hər yerindən xilasetmə qüvvələri, yanğınsöndürənlərin yanmış konteynerləri söndürməsi əks olunub.
Dağıntılar arasında içində düyü və çay olan konteynerləri də görmək mümkündür.