
Bəs azərbaycanlı turist üçün Çinə səfər etməyin təxmini xərci nə qədərdir?
Milli.Az xəbər verir ki, səyahət bloqeri Rauf İsmayılovun (“raufism”) sosial media hesabında paylaşdığı məlumata əsasən, Çin səfəri zamanı ortaya çıxacaq əsas xərclər belədir:
Aviabilet
Çinə birbaşa uçuşlar “AZAL” tərəfindən həyata keçirilir. Endirim dövrlərində gediş-dönüş biletini təxminən 420 manata əldə etmək mümkündür. Standart qiymətlər isə 600-700 manat arasında dəyişir.
Otel xərcləri
Çində yerləşmə nisbətən münasibdir. Pekində bir həftəlik səfər üçün iki nəfərlik orta səviyyəli otel otağında qalmaq təxminən 600 manata başa gəlir.
Nəqliyyat
Şəhərdaxili nəqliyyat xərcləri də sərfəlidir.
Taksi qiymətləri: 3-10 manat
Metroda bir gediş: təxminən 1 manat
Qidalanma
Çində yemək çeşidi genişdir, lakin bəzən turistlər üçün uyğun dad seçmək çətin ola bilər.
Orta səviyyəli restoranda bir nəfərlik menyu: 20-40 manat
Sadə yeməkxanalarda: 10-20 manat
Ekskursiyalar və giriş haqları
Turistik məkanlara giriş biletləri adətən 10-30 manat aralığındadır. Muzeylər və digər maraqlı yerləri gəzmək üçün 150-200 manat büdcə ayırmaq yetərlidir.
Əlavə xərclər
Süvenirlər, yerli içkilər, internet istifadəsi və digər xırda alış-verişlər üçün əlavə büdcə tələb oluna bilər.
Toplam büdcə
İki nəfərlik, bir həftəlik Çin səfəri üçün ümumi xərc təxminən 1800-2000 manat təşkil edir. Təbii ki, bu məbləğ fərdi seçimlərə, istirahət tərzinə və səyahət planına görə dəyişə bilər.
Yeni vizasız rejim sayəsində Çin artıq azərbaycanlı turistlər üçün daha əlçatan və cəlbedici bir istiqamətə çevrilib.