
Çin-Azərbaycan münasibətləri daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq möhkəm və sabit olaraq qalır.
Bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib.
“Hər iki ölkə diplomatik münasibətlərin qurulmasının ilkin niyyətini həmişə xatırlayır. Çin və Azərbaycan qarşılıqlı hörmət, ədalət və qərəzsizlik, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalır. Hər iki tərəf siyasi qarşılıqlı etimadı gücləndirməyi, praktiki əməkdaşlığı dərinləşdirməyi, beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi davam etdirməlidir. Eyni zamanda hərtərəfli əməkdaşlığın yeni səhifəsini açmalıdır”, – o qeyd edib.
ÇXR lideri iki ölkə arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.