
Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ev 12, mənzil 30-da daimi pasport qeydiyyatında olan və yaşayan Mahmudov Vüqar Bayraməli oğlu tərəfindən Prezident İlham Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova və diğər aidiyyəti qurumların rəhbərlərinə “Meyvəli” gömrüyündə (Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi -RED) fəaliyyət göstərən dələduz dəstənin barəsində təcili tədbir görülməsi ilə bağlı müraciət ünvanlanıb.
Bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuşmüraciətdə deyilir:
Çox hörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev! Sizin şəxsən məsuldar geniş fəaliyyətiniz və siyası iradəniz sayənizdə Azərbaycan müstəqilliyini indiyədək qoruyub saxlamış və ərazi bütövlüyünü bərpa etmişdir. Və biz sadə ziyalılar Sizinlə həmişə fəxr etmişik ki, sayənizdə Azərbaycanı hüquqi dövlətə çevirmişdir.
Lakin çox təəssüflər olsun ki, bəzi hüquq-mühafizə orqanı işçiləri vardır ki, onların fəaliyyəti bizi kimi günahsız insanlar üzərindən cinayətkarlarla birbaşa əlaqəyə girərək maddi maraqların təmin edilməsi müqabilində vəzifə səlahiyyətlərindən süi-istifadə edərək əsassız varlanmaqla məşğul olurlar.Nəticədə cinayətkarlar cəzasız qalmaqla yanaşı, onlara şərait yaraddılır ki, cinayətlərini daha aqressiv formada və özlərini cəzasızlıq mühitində hiss edərək davam etdirsinlər.
Mən arzu edərdim ki, Sizin və Sizlərə sadiq və inandığınız məmurlaın nəzarətləri altında yalnız pul qoparmaq məqsədilə bizim kimi sadə insanların şikayətlərindən süi-istifadə edərək açılan cinayət işləri polislə cinayətkar arasında alver predmetinə çevrilməsin, əksinə, bu məslələrə həssaslıqla yanaşılsın və dərhal qarşısı alınsın. Mən və mənim kimi minlərlə zərəçəkmiş Azərbaycan vətəndaşı Sizin siyasi iradəniz sayəsində hüquqi dövlətdə yaşamaq və normal işləmək istəyirik. Başqa heçnə.
Mən, hazırda xəstə anamla birlikdə yaşayıram. Vəziyyətinin ağırlığı səbəbindən iki alı təhsilim və dövlət idarəsində işim olmasına baxmayaraq ərizəmlə işdən çıxmağa məcbur oldum. İstədim ki, özümü və anama baxmaq üçün Dübaydan bir avtomobil gətirib taksi kimi fəaliyyət göstərim. Azərbaycana sifarişlə gətizdiridiyim Toyota Corolla Filder markalı avtomobilin “Meyvəli” bazarın yanındakı gömrük postunda sənədləşdirmək üçün tik tok vasitəsilə tanı olduğum Hacıyev Elşən Namiq oğlu ilə( mob. 055-805 52 63) əlaqə qurub avtomobilimingömrük və DYP işlərinin rəsmiləşdirilməsində köməklik göstərməsini xahiş etdim. O bu işin daha tez və sərfəli qiymətə həll edilməsi üçün Gömrükdə söz və nüfuz sahibi olan, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 60, mənzil 30-da yaşayan Babayev Eyvaz İman oğlu ilə ( mob.050-778 75 79) əlaqə saxlamağı məsləhət gördü. Mən Eyvazla telefonda danışıb görüşmək istədim. O isə bidirdi ki, mənim adamımla görüş, ( Sadıxzadə Aslan İlqar oğlu ( mob. 010-3886719) ilə görüş və pulları ona ver. Razılaşdım və sabahı günü, yəni 26 mart 2025-ci il tarixində “Meyvəli” dəki gömrüyün həyətinə gəlib Eyvazın dediyi 6800 manat pulu makler qrupunun digər üzvü olan Aslana kameraların altında pulları sayıb ona verdim. Əlavə olaraq 500 manat da Eyvaz Babayevin bank kartına köçürmüşəm. Aprelin 1-də mənə məlum oldu ki, verdiyim pullar gömrük sənədləşməsi üçün köçürülməyib və birbaşa mənimsənilib. Mən DİN-nin 102 Xidmətinə dələduz maklerlərlə bağlı şikayət etdim. Məsələyə ərazi aidiyyatı üzrə baxılması üçün Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-də təhqiqatçı, polis mayoru Cəmşid Əliyevin icraatına verildi. İzahat yazdım və qısa müddətdə nağdı pulu verdiyim Sadıxzadə Aslan Yasamal rayon ərazisindən saxlanılaraq PB-nə gətirildi. Təhqiqatçı onun barəsində cinayət işinin açılmasını tövsiv edən qərar qəbul edərək istintaq araşdırılması üçün Qaradağ RPİ-nə göndərdi. İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Elnur Həsənov ( Nehrəmli) mənə qarşı 6800 manat pulumu alaraq mənimsəmiş Sadıxzadə Aslanla gizli sövdələşmə edərək azadlığa buraxmışdır. Səbəbini soruşduqda isə cavab verir ki, biz bu işdə əsas rəhbər olan Babayev Eyvazı tapıb istintaqa cəlb etməliyik ki, sonra Aslanı da həbs edək. Çünki, Aslan izahatında bildirir ki, o Vüqardan ( məndən) aldığı 6800 manat pulu Eyvaza veribmiş. Polis mayoru Elnur da dəlduzun sözünə inanıb onu azad edib və guya Eyvazı axtarmaqla işi qeyri-müəyyən vaxtadək dondurub. Guya əsas adam Eyvazdır və onu tuta bilmirmiş. Halbuki, mən pulu Aslana vemişəm. Eyvaz nə vaxtsa istintaq gəlsə də yazacaq ki, mən Zərəçəkmiş Vüqardan əlbə əl bu pulu almamışam. Özü də, təhqiqatçı Cəmşid Əliyev mənə etiraf edirlər ki, Eyvaz-Aslan qruplaşması sizdən əvvəl 5 nəfərə də ümumuilikdə 43000 manat pullarını sənədləşmə işləri görmək adı altında aldatmışlar. Onlar da şikayətçidirlər. Hazırda Eyvaz Babayev axtarışdadır. Şəxsən apardığım araşdırmalardan mənə məlum olmuşdur ki, Eyvaz bizim kimi sadə adamlara özünü həmişə Rəfi kimi təqdim edir və ona məxsus 050-7787579 nömrəsi yeni “müştərilərə” daima açıqdır. Eləcə də dələduz qrupun digər üzvləri olan Aslan və Elşən olmaqla. Nəticəyə gəlirirk ki, bu dələduz qrupu hazırda da gömrüyün ərazisində öz cinayət əməllərini yeni yeni adamlar tapmaqla davam etdirirlər. Və onlara “qaşın üstə gözün var” deyən kimsə yoxdur. Onlar da bu cəzasızlıq mühitindən bəhrələnərək ictimai təhlükəli canilər kimi cinayətlərinin başındadırlar. Nəticədə mən cəmi dələduzlara ayrı ayrılıqda verdiyim 6800 və 500 manat olmaqla yanaşı, avtomobilimin sənədləşməsi üçün 1800 manat dəbbə pulu və avtomobilimin dayanacaqda saxlanmas üçün günü 10 manatdan olmaqla 190 manat əlavə ziyana düşmüşəm.
Cənab Prezident və cənab Daxili İşlər naziri hörmətli Vilayət EYVAZOV. Sizlərə müraciət edərək çox xahiş edirəm ki, avtomobilimin sənədləşməsi üçün məcbur olub faizə götürdüyüm pulları qaytarmaq üçün dələduz Eyvaz-Aslana verdiyim 7300 manatın qaytarılması işinə köməklik göstərilməsi üçün ictimai təhlükəli dələduz qruplaşması ilə gizli sövdələşən və onlara himayədarlıq edən Qaradağ RPİ-nin müstəntiqi Elnur Həsənov barəsində tədbir görülməsini və işinQaradağ RPİ-dən alınaraq Bakı şəhər Baş Polis İdarəsində araşdırılmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Aktualinfo.org