
İyun ayı ərzində baş tutacaq silsilə tədbirlər çərçivəsində teatr bir-birindən maraqlı və zəngin proqramlarla çıxış edəcək. Milli klassik operalarımızın səhnə təqdimatları, Avropa opera sənətinin möhtəşəm nümunələri, tanınmış vokal ustaları ilə açıq ustad dərsləri, elmi konfrans və müasir dövr üçün aktual müzakirələr, regionlarda klassik musiqi ifaçılarının çıxışları, opera ulduzları ilə görüşlər və yeni formatda təqdimatlar, həmçinin “İlin ən fəal tamaşaçıları” xüsusi nominasiyası keçiriləcək.
Yalnız səhnə sənəti deyil, həm də mədəniyyətimizin təbliği, operaya marağın və yeni tamaşaçı auditoriyasının formalaşdırılması məqsədilə keçiriləcək “Opera Günləri” layihəsi haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.