
Çinin əlində tutduğu ABŞ xəzinə kağızlarının Trampın başlatdığı ticarət müharibəsində Çinin əlində olan əsas silahalardan biri olduğu deyilir.
2024-cü ilin sonuna olan məlumata görə ABŞ-nin 36 trilyon dollarlıq dövlət borcunun 8,5 trilyonu xəzinə kağızları formasında xarici hökumətlərin əlindədədir. Ən böyük investor Yaponiya hökumətidir – təxminən 1,1 trilyon dollar. 2-ci yerdə Çin gəlir – təxminən 750 milyard dollar. Son 1 həftədə Çinin 50 milyard dollarlıq istiqarazları əldən çıxardığı deyilir.
Əsas sual budur ki, Çin kütləvi satışa keçsə, bunun ABŞ üçün hansı nəticələri olacaq?
İqtisadçı Rövşən Ağayev bildirir ki, son günlərdəki satışlar 10 illik kağızların gəlirlilik fazini 4%-dən 4,5%-ə, 30 illik kağızların gəlirlilik fazilərini 4,5%-dən 4,85%-ə yüksəlib.
Onun sözlərinə görə, əgər satış davam edərsə, fazilərin yüksəlməsi, kağızların qiymətinin isə düşməsi davam edəcək: “Faizlərin yüksəlməsi ABŞ xəzinəsinin borca xidmət xərclərini artırmaqla onsuz da böyük olan büdcə defisitini daha da böyütmək riskini özü ilə gətirir. Kritik vəziyyətdə FED məcburu faiz endiriminə getməklə qabqlayıcı addım ata bilər, amma bu da hələ də aradan qalxmayan inflyasiya riskini yenidən fəallaşdırmış olur”.
İqtisadçı hesab edir ki, daha bir çıxış yolu FED-in bu kağızları geri alması ola bilər: “Amma itki birtərəfli deyil: vədədən öncə kütləvi satış kağızları daha ucuza rallaşdırmaqla Çin üçün də itlkilər gətirmiş olur. Yeri gəlmişkən, 10 il əvvəl ABŞ kağızlarının daha böyük kütləsi – təxminən 1,3 trilyoin dolları Çinin əlində idi. Sonrakı dövrdə Çin bunu öz maliyyə sistemi üçün risk kimi gördüyündən həmin məbləği təxminən 2 dəfə kiçiltimiş oldu”.
R.Ağayev vurğulayıb ki, bu silah işə düşərsə, hər 2 tərəf zərəli çıxacaq.