
Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşən ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla aralarında yaşanan maraqlı bir andan bəhs edib.
Belə ki, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sorna Ərdoğanla telefonda danışdığını deyən Tramp:“Mən ona 2000 ildə heç kimin edə bilmədiyi şeyi etdiyini, Suriyanı aldığını dedim”, – deyə bildirib.
Trampın dediyinə görə, Ərdoğan buna cavabında “xeyr, mən deyiləm” ifadəsini işlədib.
ABŞ lideri yenidən “bəli, sən aldın” dediyini Ərdoğanın isə buna “bəlkə də mənəm” cavabını verdiyini açıqlayıb.
“Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi etdi. Ərdoğan çox güclü və ağıllı adamdır” -deyə, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox mühüm olduğunu vurğulayıb.
“Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Bilirəm ki, mətbuat mənim Ərdoğanı bəyəndiyimə görə mənə qəzəblidir. Amma mən onu bəyənirəm, o da məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb”, – Tramp deyib.
Qeyd edək ki, Trampın Netanyahunun qarşısında Ərdoğan və Suriya ilə bağlı işlətdiyi müsbət ifadələr dünya mediasında da maraqla qarşılanıb. /azpolitika.info