
Bir gün yalan və həqiqət geyimlərini çıxarıb göldə üzdülər. Yalan sahilə çıxanda həqiqətin paltarını bəyəndi və geyinib getdi.
Sudan çıxan həqiqət paltarını tapmadı və yalanın paltarını geyinmək istəmədi. Ona görə dünyaya çılpaq şəkildə çıxdı.
O vaxtdan bəri insanlar çox vaxt yalanı həqiqətlə səhv salır və çılpaq həqiqətin yanında özlərini narahat hiss edirlər.
Minlərlə pedaqoji kontingentin başında olan Pərvin Ağasiyev kimi…
Amma o, özünü bütün bu həqiqətlərə baxmayaraq hələlik çox rahat,komfortlu və əmin hiss edir.
Müqəddəs müəllim yoxsa qulaqkəsən?
Pedaqoji fəaliyyətdə ötüb keçən 15 il…
Müqəddəs müəllim yoxsa qulaqkəsən? Aşkar olan bütün bu acı həqiqətlərdən sonra Pərvin Ağasiyev öz sosial şəbəkə hesabında nə bir müəllim adına,nə də tutduğu vəzifənin nüfuzuna yaraşmayan utopik və küçə jarqonunda ifadə edilən bir açıqlama paylaşdı.Bir cümlədən ibarət bu açıqlamada o bildirdi ki,”Getdiyiniz yolun doğruluğundan əminsinizsə bu yol boyunca qulağını kəsdiyiniz itlərin sizə hürməyinə fikir verməyin”
Quba-Xaçmaz Regional Təhsil İdarəsi onsuzda bu yeni yaranan idarəetmə strukturunda bir neqativ ilkə imza atıb.Qurumun ilk müdiri rüşvət və korrupsiya əməllərinə görə həbs edilib.Eyni cinsdən olan quşlar birlikdə uçur.Pərvin Ağasiyev də həbs edilən keçmiş müdirin yaxın dostu,silahdaşı,çörəkdaşı və yandaşı idi.Çaldığı qanadın təbindən aydın olur bu qardaşlıq,yandaşlıq və oxşarlıq!
Onlarla şagirdi pul və tamah qarşılığında məktəbdən,tədrisdən yayındırıb bu çirkin əmələ şərik olub illərlə bu saxtakarlığa görə əlavə vəsait əldə etmək və özünü suğortalamaq üçün hər il o məktəbin direktoruna gülə-gülə razılışdırılmış töhmət verməkdir “qulaqkəsənlik”?
Yoxsa üstü açılanda o direktora yalvar-yaxar edib sizin adınızı verməməyi üçün etdiyiniz minnət?
Bəlkə bu əməl qarşılığında 2022-ci ilin 27 iyununda planlaşdırıb 1 gün sonra,Quba rayonunun Pirvahid kəndi ərazisində şəxsi avtomabilinizdə aldığınız 5 min manat rüşvət?
Budur doğruluğuna əmin olduğunuz “düz yol”?
Nə yol düzdü,nə də niyyət!
Bəlkə də yol düz ola bilər,amma bu sonuncu yoldur!
Düz yolda gedib gələn yalnız bu çirkin əməllərlə alınan yük avtomabilləridir.
Həqiqətə verilmiş bir nimcə göyərti yalana yedizdirilmiş öküz ətindən yaxşıdır.
Belə dirayətli “qulaqkəsənliyiniz” var idisə niyə ali və orta ixtisaz təhsili olamayan bir adamı qanunsuz olaraq məktəbə kitabaxana müdiri vəzifəsinə təyin edən Siyəzən Rayonunun Gilgilçay məktəbinin direktorununda “qulağını kəsmədiz”?
Çünki həmin kitabxana müdiri sizin öz ananız Gülnaz Ağasiyevadır.
Kor bucaq düzə çatdığı məqamı heç vaxt görmür.
Bir tacir xoşbəxtlyin sirrini öyrənmək üçün oğlunu müdriklərin müdrikinin yanına yollayır.
Gənc oğlan düz qırx gün səhrada gəzib-dolaşandan sonra bir saraya gəlib çatır.
Sarayın qarşısında çoxlu adamlar toplaşmışdı. Həmin sarayda gənc oğlanın axtardığı müdrik yaşayırdı.
Necə deyərlər, gənc oğlan axtardığı müdrik adamı görmək ümidiylə otağa girdi. Otağa tacirin biri girib biri çıxırdı. Bir tərəfdə adamlar söhbətləşir, bir tərəfdə orkestr həzin musiqi çalırdı. Otaqda bir stol vardı ki, onun da üstündə dünyanın ən ləziz yeməkləri düzülmüşdü.
Müdrik adam hər bir tacirlə birbəbir söhbət edirdi, buna görə də iki saat gözləyəndən sonra onun da növəbəsi çatdı.
Cavan oğlan gəlişinin səbəbini dedi, müdrik adam da səbrlə ona qulaq asandan sonra dedi ki, indi onun xoşbəxtliyin sirrini izah etmək üçün vaxtı yoxdur.
Beləliklə də müdrik adam gənc oğlana təklif etdi ki, iki saatdan sonra gəlsin, bu vaxt ərzində sarayı gəzib dolaşsın.
– Səndən bir xahişim var. Sarayda gəzərkən bu çay qaşığını da özünlə götür, qoyma yağ tökülsün.
– bunu deyib müdrik adam gənc oğlana bir çay qaşığı verdi və qaşığa iki damcı yağ tökdü.
Gənc oğlan otaqdan çıxıb pilləkənlərlə sarayın o baş-bu başına getdi. Amma gözünü qaşıqdan çəkmirdi. İki saat keçəndın sonra o müdrik adamın yanına qayıtdı.
– Deməli belə, cavan oğlan, sarayın yemək otağındakı Fars qobelenlərini gördünmü? Dünyanın ən bacarıqlı bağbanının 10 il vaxt sərf edib yaratdığı bağımı gördünmü? Kitabxanamdakı perqament üzlü kitabları gördünmü?
Həyəcandan utanan oğlan etraf edir ki, o bunların heç birini görməyib. O deyir ki, onun bütün fikri qaşıqdakı yağda olub ki, ona etibar edilmiş yağı dağılmağa qoymasın.
– Elə isə geri qayıt, get mənim möcüzə dünyamı təzədən gəz. Kiminsə evini görmədən ona etibar edib inanmaq olmaz- müdrik adam deyir.
Cavan oğlan rahat nəfəs alıb, qaşığı da götürüb otaqdan çıxır, sarayı gəzib dolaşır. Bu dəfə o gördüyü hər şeyə – tavanda, divarlardakı şəkillərə diqqət verir. O möcüzəli bağı görür, sarayın əıtrafındakı dağlara baxır, rəngarəng güllərə tamaşa edir. Müdrik adamın yanına qayıdanda cavan oğlan gördükləri haqda bir –bir məlumat verir.
– Bəs mənim sənə etibar etdiyin o iki damcı yağ hanı?- müdrik adam cavan oğlandan soruşur.
Əlindəki qaşığa baxan oğlan görür ki, qaşıqdakı yağ dağılıb.
Bu ibrətamiz hekayəni xatırlatmaqdakı məqsəd yəqin aydın oldu…
Ətrafına xoş gələn yalanları ovuc-ovuc içizdirərkən,hərdən özündə o acı həqiqətlərdən qurtum-qurtum iç.
Yetişmiş meyvəni yerə düşməkdən başqa heç bir təhlükə gözləmir.
Cəlal Fərzəliyev /7times.az