
Xəbər verildiyi kimi, İsrailin Baş naziri Binyamin Netanyahunun sözçüsü Eliezer Feldstein və müşaviri Conatan Uriç “Qatarqeyt” istintaqı ilə əlaqədar həbs edilib.
İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, həbs qərarı israilli iş adamı Gil Bilgerin Qətərdə işləyən ABŞ vətəndaşından Netanyahunun sözçüsü Eliezer Feldşteyinə pul köçürməsinin üzə çıxmasından sonra verilib.
“Qatarqeyt” istintaqı çərçivəsində həbs edilən Feldstein və Uriçin də “xarici agentlə əlaqə yaratmaq” və “çirkli pulların yuyulmasında” günahlandırıldığı bildirilir.
İki həftə əvvəl istintaq çərçivəsində saxlanılaraq sorğu-sual edilən Uriç evindən çıxarılaraq həbs olunub. Gizli sənədləri sızdırdığı üçün həbs edilən Feldstein haqqında isə ev dustaqlığının davam etdirilməsi qərarının verildiyi bildirilib.
Bundan başqa İsrailin Baş naziri Netanyahu da Baş prokuror Qali Baharav-Miaranın təsdiqi ilə ifadə verməyə çağırılıb.
Netanyahuya hır hansı bir gün açıq ifadə vermək imkanı verilib. Netanyahunun ifadəsinin Qərbi Qüdsdəki baş nazirlik ofisində alınacağı öyrənilib.
“Qatarqeyt” müzakirəsi Qətərdən milyonlarla dolların alınaraq Netanyahunun seçki kampaniyasına köçürülməsi iddiaları ilə başlayıb.
Bu iddialar istintaqa qədər uzanıb və İsrail Baş nazirinin sözçülərindən biri Eliezer Feldşteyin və onun müşavirləri Conatan Uriç və Srulik Einhorn müttəhimin kürsüsündə əyləşiblər.
İsrail mətbuatında Netanyahunun 2012-ci ildə Qətərdən 15 milyon dollar, 2018-ci ildə isə 50 milyon dollar aldığı iddia edilmişdi. Feldşteynin Qətərin imicini dəstəkləmək üçün beynəlxalq bir şirkətdən maaş aldığı, Netanyahunun müşavirləri Uriç və Einhornun isə Qətər üçün imic məsləhətçiləri olduğu bildirildi. İsrailli iş adamı Gil Bilgerin Feldsteynə pul köçürdüyünü dediyi səs yazısı İsrail dövlət televiziyasında yayımlanıb və Feldşteyin Bilgerin iddiasının doğru olduğunu etiraf edib. /azpolitika.info