
Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransaya səfərə gedəcək.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, səfər zamanı H.Fidan fransalı həmkarı Jan-Noel Barro ilə ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, Qəzza və Suriyadakı vəziyyət ətrafında müzakirələr aparacaq.
Tərəflər həmçinin, Türkiyə ilə AB əlqələrini müzakirə edəcək.