
“Yerli hökumət Suriyada ola biləcək növbəti təhlükələrin qarşısını almaq üçün Türkiyə ilə məsləhətləşmələr əsasında tədbirlər hazırlayır”.
Bunu açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə XİN, milli müdafiə nazirləri və MİT direktorunun Dəməşqə olan səfərini şərh edərkən deyib:
“Fikrimcə, Türkiyədən olan üç nazirin bu səfər həm İranın yenidən Suriyada öz təsirini gücləndirmək, həm də Rusiya hərbi bazalarının saxlanılması və onların bura əlavə hərbi qüvvələr yeritmək niyyətləri ilə bağlıdır. Məlumdur ki, Əsədin devrilməsilə Suriyada mövqelərini itirən İran yenidən ərazidə güclənməyə cəhd edir. Rusiya isə hər vəchlə çalışır ki, bölgədə hərbi mövcudluğu qalsın və məhkəmlənsin.

Qeyd edək ki, Türkiyənin 3 yüksək rütbəli naziri – Hakan Fidan, Yaşar Gülər və İbrahim Kalın Suriyaya səfər ediblər.