
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Ikinci oyun günündə daha dörd matç baş tutub.
“Atletiko” evdə “Real”la, “Lill” “Borussiya” ilə üz-üzə gəlib. PSV səfərdə “Arsenal”ın, “Brügge” isə “Aston Villa”nın qonağı olub.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
“Lill” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) – 1:2
İlk oyun – 1:1.
“Atletiko” (İspaniya) – “Real” (İspaniya) – 1:0 (Penal – 2:4)
İlk oyun – 1:2.
“Arsenal” (İngiltərə) – PSV (Niderland) – 2:2
İlk oyun – 7:1.
“Aston Villa” (İngiltərə) – “Brügge” (Belçika) – 3:0
İlk oyun – 3:1.
Bununla da növbəti mərhələyə “Real”, “Borussiya”, “Arsenal” və “Aston Villa” adlayıblar. Xatırladaq ki, “Barselona”, “PSJ”, “İnter” və “Bavariya” da 1/4 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, 1/4 final mərhələsind “Real”- “Arsenal”, “Borussiya”- “Aston Villa”, “Barselona”- “PSJ”, “İnter” – “Bavariya ilə qarşılaşacaqlar. İlk oyunlar aprelin 8-9-da, cavab görüşlər isə 15-16-da keçiriləcək.