
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Günün ilk matçı Belçikada “Brügge” ilə İngiltərənin “Aston Villa” komandası arasında olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər 3 oyun isə Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Gecənin ən prinsipial matçı İspaniyada oynanılıb. “Real Madrid” öz meydanında şəhərin digər təmsilçisi “Atletiko”nu sınağa çəkib. Madrid derbisində sevinən tərəf “kral klubu” olub – 2:1.
Bundan başqa, İngiltərə “Arsenal”ı Niderlandda PSV-ni 7:1 hesabı ilə darmadağın edib, Fransanın “Lill” komandası isə Almaniyada Dortmund “Borussiya”sı ilə heç-heçəyə razılaşıb – 1:1.
UEFA Çempionlar Liqası 1/8 final, ilk oyunlar:
21:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) – 1:3
00:00. “Real Madrid” (İspaniya) – “Atletiko” (İspaniya) – 2:1
00:00. PSV (Niderland) – “Arsenal” (İngiltərə) – 1:7
00:00. “Borussiya Dortmund” (Almaniya) – “Lill” (Fransa) – 1:1
Qeyd edək ki, 1/8 final mərhələsinin digər dörd matçı bu gün keçiriləcək.