
Azərbaycanda estetik cərrahiyyə və kosmetologiya sahəsində sirli düyünlər 2024-cü ildə açılmağa başladı. Aydın oldu ki, bu sferada fəaliyyət göstərənlərin bir çoxunun müvafiq təhsili və icazəsi yoxdur, bir çox estetik cərrahların sertifikatları ya saxtadır, ya da hansısa qaranlıq yolla əldə edilib.
Elə bu yaxınlarda bu faktlarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.
Elə bu səbəbdən də son illər Azərbaycanda həkim səhvinə görə insan həyatına və sağlamlığına zərər vurulması halları gündən-günə artmaqdadır.
Belə bir həkim səhvi ilə üzləşmiş Hüseynov Tələt Həyat oğlu sağlamlığında yaranmış problemlə əlaqədar açıqlama verib. Ətraflı MilliTV-nin süjetində: