
MHP lideri Dövlət Baxçalının “İmralı” çağırışından və prezident Rəcəb Tayyib Ərdoğanın “Terrordan azad Türkiyə” hədəfi ilə bağlı prosesə dəstək verməsindən sonra atılan addımlardan sonra kritik gün gəlib.
İmranlıda həbsxanada terrorçubaçı Abdullah Öcalanla 3-cü dəfə görüşən 7 nəfərlik DEM Partiyasının nümayəndə heyəti maraqla gözlənilən tarixi bəyanatı oxumaq üçün İstanbulda otelə gəlib. Nümayəndə heyəti medaia və ictimaiyyət qarşısında Öçalanın bəyanatını oxuyub.
Əvvəlcə Əhməd Türk Öcalanın mesajını kürd dilində oxuyub. Türkün ardınca Pervin Buldan Öcalanın müraciətini türkcə oxuyur.
Terrorçubaşı Öcalan bütün qrupları silahı yerə qoymağa çağırıb və ‘PKK özünü buraxmalıdır’ mesajını verib.
O, bildirib ki, PKK tarixin ən şiddətli zorakılıq əsri olan 20-ci əsr iki dünya müharibəsi, real-sosializm və dünyanın hər yerində yaşanan soyuq müharibə mühiti, kürd reallığının inkarı, azadlıqlar, xüsusilə ifadə qadağaları zəminində doğulub.
“PKK, nəzəriyyə, proqram, strategiya və taktika baxımından əsrin real-sosialist sisteminin reallığından güclü təsirə məruz qalmışdır. 1990-cı illərdə daxili səbəblərdən real-sosializmin çökməsi, ölkədə kimlik inkarının aradan qalxması, ifadə azadlığındakı inkişaf PKK-nın mövcudluğunu artıq mənasız edib, təşkilatın həddindən artıq özünü təkrarlanmasına səbəb oldu. Ona görə də PKK da bənzər təçkilatlar kimi ömrünü tamamlamış və fəaliyyətinə son qoyulmasını zəruri etmişdir” – deyə, Öcaklan bildirib.
Öcalan daha sonra bildirib: “1000 ildən çox tarix boyu türklər və kürdlər öz varlıqlarını davam etdirmək və hegemon güclərə qarşı ayaqda qalmaq üçün əsasən könüllülük aspekti ilə ittifaqda qalmağı həmişə zəruri hesab ediblər.
Müasir kapitalist sistemin son 200 ildə əsas məqsədi də bu ittifaqı parçalamağa çalışmaq olub. Təsirə məruz qalan güclər də öz sinfi bazası ilə birlikdə, bu məqsədə xidməti prioritet hesab etdilər.
Bu prosesi Cümhuriyyətin uniformist şərhləri ilə daha da sürətləndirib. Bu baxımdan indi əsas vəzifə bu gün çox xeyli kövrəkləşmiş tarixi münasibətləri inanclardan kənara çıxmadan, qardaşlıq ruhunda yenidən qurmaqdır”.
Terrorçubaşı qeyd edib ki, demokratik cəmiyyətə ehtiyac qaçılmazdır:” Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli silahlı hərəkatı olan PKK məhz demokratik siyasi kanalların bağlanması sayəsində güc və baza taplb”.
“Ayrı milli dövlət, federasiya, inzibati və mədəni muxtariyyət kimi həllər cəmiyyətin tarixi sosioloji tələblərinə cavab vermir. Kimliklərə hörmət, onların azad ifadəsi, demokratik təşkilatlanması, bütün təbəqələrin əsas götürdüyü sosial-iqtisadi və siyasi strukturlar ancaq demokratik cəmiyyətin və siyasi məkanın mövcudluğu ilə mümkündür” – deyə, Öcalan bildirir.
Öcalan qeyd edib ki, Cümhuriyyətin ikinci əsri yalnız demokratiya ilə taclandığı zaman qalılcı və davamlı qardaşlıq yaranmasına səbəb la bilər: “Sistem axtarışları və həyata keçirilməsi üçün demokratiyadan kənar heç bir yol yoxdur. Ola da bilməz. Demokratik uzlaşma yeganə yoldur”.
“Silahları yerə qoymağa çağırıram”
“Sülh və demokratik cəmiyyət dövrünün tələbi ilə reallığa uyğun inkişaf etdirilməlidir. Hörmətli Dövlət Baxçalının çağırışının, cənab Prezidentin göstərdiyi iradənin və digər siyasi partiyaların məlum çağırışa müsbət yanaşmalarının yaratdığı bu mühitdə silahı yerə qoymağa çağırıram və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm” – deyə, Öcalan bildirib.. /azpolitika.info
