
“Türkiyə Ukrayna məsələsinin taleyini bildiyini və Avrasiyada vacib aktor olduğunu bəyan edib. Rəsmi Ankara, neytral mövqeyində olmasına baxmayaraq Ukraynanın uğuru üçün həlledici rol oynayır. ABŞ üçün böyük Avrasiyada Rusiya və Avropa İttifaqı (Aİ) mühüm rol oynayır. ABŞ, Avropa və Rusiya arasındakı münaqişələrin səbəbini, qrupların idarəetmə üslubunda görür və son 100 ildə Almaniya ilə Rusiyanın yaxınlaşmasını maneə törətmək istəyib”.
Bu sözləri politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, ABŞ və Rusiya arasında NATO və Aİ-nin Qara dənizdən şərqə doğru genişlənməməsi ilə bağlı şifahi razılığa gəlməyin gözlənildiyi bildirilir.
“Müxalifət lideri Donald Trumpın Ukrayna ilə bağlı siyasətinin dəstəkləndiyi və Zelenskidən qisas almasının ehtimal edildiyi vurğulanır. Trump Zelenskinin əvvəlki dəstəksizliyi səbəbindən, bu addımı atacağına inanılır. Avropada isə, Ukrayna ilə bağlı vahid bir qərara gəlmək çətin olacaq. Aİ və Rusiya arasında süni təhdid görüntüsünün aradan qalxacağı və münasibətlərin bərpa ediləcəyi proqnozlaşdırılır. Trumpın Aİ ilə strateji ittifaq əlaqələrini davam etdirəcəyi və gələcəkdə sağçı liderlərin Vaşinqton tərəfindən dəstəklənəcəyinə dair gözləntilər var”.