
Azərbaycan və Pakistan arasında olan münasibətlər möhkəm siyasi, iqtisadi və mədəni əlaqələrə əsaslanır. Ümumi dəyərləri və qarşılıqlı hörmət prinsiplərini bölüşən bu iki ölkə yüksək səviyyəli səfərlər və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirən müqavilələr bağlamaq yolu ilə tərəfdaşlığı möhkəmləndirməyə davam edirlər.
Bu kontekstdə Pakistan baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri xüsusi önəm kəsb etməyə başlayır.
Paksitanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Trend-ə müsahibəsində qeyd edib ki, səfər böyük maraqla gözlənilir və o bir sıra vacib müqavilələrin bağlanması ilə müşayiət olunacaq.
“Azərbaycan regionun əsas ölkəsidir, istər ticarətdə olsun, istər ticarətdə, istərsə də başqa sahələrdə. Bizim ölkələrin parlaq birgə gələcəyi var”, -deyə Mohiuddin bildirib.
Azərbaycan və Pakistan ikitərəfli iqtisadi əməkdaşlığı aktivləşdirməyə can atırlar. 2024-cü ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri zamanı ticarət, turizm, müdafiə və mədəni mübadilə istiqamətlərini ehtiva edən 15 anlaşma memorandumu imzalanıb.
Bu sazişlər ticarət əlaqələrinin genişləndirilməsinin təməlini qoyub, xüsusilə elm və texnika, faydalı qazıntıların hasilatı kimi sahələrdə.
İki ölkə arasındakı ticarət dayanıqlı artım nümayiş etdirir. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 22,5 faiz artaraq 22 milyon dollara çatıb, bu da ötən ilki göstərici ilə müqayisədə 4,9 milyon dollar çoxdur. Azərbaycanın Pakistandan idxal həcmi isə 8.6 faiz yüksəlib və 21,8 milyon dollar təşkil edib.
Bundan başqa, kifayət qədər ambisiyalı hədəf – müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə 2 milyar dollar həcmində investisiyalar müzakirə olunur.
Azərbaycanda sənaye, kənd təsərrüfatı, inşaat, ticarət, nəqliyyat və xidmət sektorlarında 3600-dən çox Pakistan şirkəti qeydə alınıb. Onların çoxu Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan bərpa işlərində iştiraka səy göstərirlər.
İqtisadi tərəfdaşlığın inkişafında vacib addım Prezident İlham Əliyevin Pakistandan idxal olunan düyüyə tətbiq olunan gömrük rüsumunu 2027-ci ilə qədər 15% faizdən 0%-ə çatdırılması ilə bağlı qərarı olub. Bu ölçünun məqsədi ölkələr arasında ticarət mübadiləsini stimullaşdırmaqdır.
Enerji əməkdaşlığı da prioritetdir. 2024-cü ilin dekabr ayında Pakistan Dövlət Neft Şirkəti (PSO) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə neft məhsullarının tədarükü haqqında müqavilə bağlayıb ki, bu da Pakistanın enerji mənbələrinin şaxələndirilməsinə şərait yaradır.
STQ (sıxlaşdırılmış təbii qaz) sektorunda da əməkdaşlıq fəallaşıb: 2024-cü ilin iyul ayında Pakistan LNG Limited (PLL) və SOCAR STQ idxalı haqqında çərçivə müqaviləsi bağlayıblar. Sənəd tələbdən və kommersiya məqsədəuyğunluğundan asılı olaraq aylıq tədarüklərin həyata keçirilməsini nəzərdə tutur.
2025-ci ilin fevral ayında SOCAR prezidenti Rövşən Nəcəf Pakistanın özəlləşdirmə naziri Alim Xanla görüşərək enerji tərəfdaşlığının bundan sonra da genişləndirilməsi barədə müzakirələr aparıblar.
Nəqliyyat əməkdaşlığı eyni zamanda, ölkələr arasında əlaqələrin inkişafında vacib rol oynayır. 2025-ci ilin yanvar ayında Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Pakistanın federal özəlləşdirmə naziri Əbdül Alim Xanla Azərbaycanın Pakistanın M6 və M9 kimi əsas avtoyol layihələrinə mümkün investisiyalar barədə danışıqlar aparıblar. Bu layihələr Paksitan, Azərbaycan və Mərkəzi Asiya arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına yönəlib.
Pakistan eyni zamanda, Azərbaycanla tranzit ticarət sazişinin sadələşdirilməsi üçün yeni qaydalar təklif edib. Onlara müvafiq olaraq Azərbaycanın nəqliyyat şirkətləri maliyyə zəmanətlərinin təmin olunması tələb olunmadan Pakistana və Pakistandan malları daşaya biləcəklər. Bu addım ticarət əməliyyatlarını sadələşdirmək və regional ticarəti stimullaşdırmaq məqsədi daşıyır.
Azərbaycan və Pakistan arasında əməkdaşlığın məhkəmləndirilməsi iqtisadi artım və regional inteqrasiyaya vəsilə olmağa davam edəcək. Enerji, ticarət və nəqliyyat sahələrində bu yaxınlarda bağlanmış müqavilələr ikitərəfli münasibətlərin davamlı inkişafı üçün möhkəm təməl qoyur.
Baş nazir Şahbaz Şərifin qarşıdakı səfərinin bu prosesi sürətləndirəcəyi və əməkdaşlıq üçün yeni perspektivlər açacağı gözlənilir.
İstər energetikanın şaxələndirilməsi, istər ticarətin sadələşdirilməsi, istərsə də infrastrukturun inkişafı, Azərbaycan və Pakistan strateji əməkdaşlığın dərinləşdirilməsinə sadiqlik nümayiş etdirir, qarşılıqlı firəvanlıq və dayanıqlı inkişafa şərait yaratmağa sadiqdirlər.