
Təbrizin “Traktorsazi” klubu Asiya Çempionlar Liqasında (ÇL) növbəti mərhələyə yüksəlib.
Cənubi Azərbaycan təmsilçisi 1/8 final mərhələsinin təkrar oyunda öz meydanında Bəhreynin “Əl-Xaldiya” klubu ilə heç-heçə edib -3:3.
İlk oyunda səfərdə 2:1 hesabı ilə rəqibini məğlub edən “Traktorsazi” iki görüşün nəticəsinə görə (5:4) 1/4 finala yüksəlib.
Oyunun keçirildiyi Təbrizin “Səhənd” stadionunda böyük azarkeş ordusu olub. Klubun rəsmi səhifəsində yer alan məlumata görə, “Traktorsazi”nin oyununu təxminən 90 min azarkeş izləyib.