
İranın Sayınqala (Şahindej) şəhərindəki qızlar məktəbində 50 şagird dəm qazından zəhərlənib.
“Azad İran” “Telegram” kanalına istinadən xəbər verilir ki, bu barədə informasiyanı Qərbi Azərbaycan əyalətinin Fövqəladə Hallar İdarəsi yayıb.
Mənbə qeyd edib ki, zəhərlənən qızlar dərhal xəstəxanaya aparılıblar.
Zəhərlənmənin istilik sistemlərinin nasazlığı və qaz sızması nəticəsində baş verdiyi qeyd edilib.