![tr-put](https://aktualinfo.org/wp-content/uploads/2025/02/tr-put-1024x683.webp)
ABŞ Prezidenti Donald Trampın siyasətində heç şübhəsiz ki, ölkə daxilində mövcud olan federal qurumların maliyyə fırıldaqlarının ifşası öncəlik təşkil edir. Yalnzı bundan sonrakı yerdə beynəlxalq arenadakı məsələlər dayanır.
Hazırda Rusiya-Ukrayna müharibəsinin hansı məcraya girəcəyi və xüsusilə də Trampın nə edəcəyi maraq doğurur. ABŞ-də “prezidentin yüz günü” ölkə rəhbərinin seçicilər qarşısında ilkin hesabatı kimi başa düşülür. Yəqin ki, həm ABŞ içərisində, həm də onun hüdudlarından kənarda həyata keçirilən siyasət ilk yüz günün tamamında müəyyən qədər aydınlaşacaq. Belə görünür ki, Tramp hakimiyyətinin yüzüncü günündən sonra onun yol xəritəsi bəlli olacaq, indi sanki buna hazırlıq işləri gedir. Hələlik isə Trampın planının mahiyyəti birmənalı və tam anlaşılmır, çoxlu dumanlı məqamlar var…
Tramp və İlon Mask həqiqətən bir çox mətləblərə aydınlıq gətiriə biliblər. Məlum olur ki, ABŞ-nin beynəlxalq nüfuzunu və təsir imkanlarını qaldırmaqla görəvləndirlimiş təşkilatlar öz işlərini görmək əvəzinə sol radikal liberalların ideologiya daşıyıcısına çevrilmiş və həmçinin, büdcə pullarını ziyanlı məqsədələr üçün talamışlar. Hazırda Trampın sərt siyasətindən narazı olanların böyük əksəriyyəti Demokratlar partiyasının yedəyinə çevrilmiş USAİD-dən maliyyələşənlərdir. Tramp və İlon Maskın repressiya ilə məşğul olmasını və onların ABŞ-nin dayaqlarını laxlatdıqlarını söyləyənlər mətbuata verilən rəsmi məlumatlarla ifşa olunurlar.
![](https://static.azpolitika.info/storage/news/db07cb4b3aaad19de8af2fa9c2d73ccb/282f3f87-791c-4b03-9e02-175cc8c90a99.jpg)
USAİD-in maliyyəsinin köməyi ilə sol radikallar on illərdir ki, insan təbiətinə yad olan uydurulmuş reallıqları bəşəriyyətə yeritməyə çalışıblar. Əlbəttə, ola bilsin ki, bu təşkilat müsbət işlər də həyata keçirib, lakin ən azından onların son 20 illik fəaliyyəti dünya çapında məkrli əməllərin törədliməsindən xəbər verir.
Tarixin inkişaf dinamikası elə gətirib ki, ABŞ dünyanın siyasi-iqtisadi, maliyyə və texnolji mərkəzinə çevrilib. Ona görə də dünyanın haraya getməsində ABŞ mühüm yer tutur. Bu səbəbdən Amerikada baş verənlər haqlı olaraq hamını düşündürür. Əvvəla, onu deyək ki, Ağ evin yeni administrasiyası qlobal qaydaları dəyişmək və bunu öz maraqlarına uyğunlaşdırmaq üçün mütləq öz daxilindəki problemlərdən qurtarmalıdır.
Tramp tərəfindən yaradılmış və İlon Maskın rəhbərlik etdiyi yeni bir qurum olan “Hökumətin Effektivliyi Departamenti” federal icra hakimiyyətindəki bütün agentliklərdə və departamentlərdə yoxlamaya başlayıblar. Mask eyni zamanda ABŞ-nin “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarının bağlnamasını istəyir. Onun sözlərinə görə, həmin radiolara kimsə qulaq asmır, lakin bu istiqamətdə ildə 1milyad dollar xərclənir. Mask bunu indi Avropada azadlıq olması ilə izah edib (bu radiostansiyalar SSRİ ilə ideoloji qarşıdurmada ABŞ-nin əsas təbliğat ruporları idi).
Amma Tramp və komandasının Rusiyaya qarşı qətiyyətli addımlar atacaqları hiss olunmur. Hələ ki, ortada dəqiq plan yoxdur. Sanki Rusiya mövzusunda əvvəlki, köhnə siyasət davam etdirilir. Baxmayaraq ki, Rusiyanın “nəfəsini kəsmək” mümkündür, bunun qəliz olduğu görüntüsü yaradılır, ümumi, yuvarlaq fikirlər səsləndirilir. Əgər bu yanaşma və gedişat əlavə bir neçə ay da davam edərsə, o zaman deyə bilərik ki, ABŞ Putin hakimiyyətinin zəifləmsini istəmir və sadəcə, vaxt uzadır.
![](https://static.azpolitika.info/storage/news/db07cb4b3aaad19de8af2fa9c2d73ccb/7037e5eb-1c6a-4663-9d5a-c2fe3bef422e.jpg)
Belə olan təqdirdə Putin indiki şərtlər daxilində müharibənin uzadılmasında maraqlı olacaq. Müharibənin uzanması strateji baxımdan tez və ya gec resurs müharibəsinə çevriləcək ki, burada da Rusiya Ukraynaya nisbətdə şəksiz üstün durumdadır. Ukrayna hətta Kursk vilayətində daha artıq ərazi əldə etsə belə bu, ciddi mənada həlledici əhəmiyyət daşımır.
Müharibələr tarixi göstərir ki, resurs imkanları zəif olan tərəf geri çəkilmək məcburiyyətində qalır. Məsələn, 1940-cı ildə Finlandiya Sovet ordusuna sarsıdıcı zərbələr vursa da, geri çəkilməyə və ərazi güzəştinə getməyə məcbur qalmışdı. Çünki döyüş qabiliyyətindən savayı, Sovet ordusu bütün parametlərə görə Finlandiyadan qat-qat üstün durumdaydı.
Rusiyanın zəif yerləri açıq və qabarıq şəkildə önümüzdə durur. Müharibə başlayandan indiyədək Vladimir Putin birqütblü dünyaya son qoyulmasından, dolların hegemonluğuna qarşı alternativlər yaradılmasının vaxtının gəlib çatdığından, dünyanın Rusiyaya “qibtə etməsindən”, BRİCS-in yeni dünya düzənində oynayacağı mühüm roldan, Avropanın Rusiya təbii qazı olmadan donacağından(bu barədə lətifə söyləyirdi) gen-bol danışırdı. Tramp hakimiyyətə gələndən sonra bu ritorikalar və “guruldamalar” kəsilib. Trampın dollar əleyhinə çıxanlarla bağlı verdiyi bəyanatından sonra Putin bu barədə dediyini təkzib etdi. Bəli,Putin real təhlükə görməyənə kimi həmişə “yekə-yekə” bəyanatlar səsləndirir…
![](https://static.azpolitika.info/storage/news/db07cb4b3aaad19de8af2fa9c2d73ccb/9b19abb1-4fd9-4e5c-8f68-92469d9e4d6b.jpg)
Reallıqda Rusiya iqtisadi cəhətdən dünya çapında çox zəif mövqeyə malikdir və onun maliyyə mənbəyini qapatmaq əslində, çətin deyil. Əgər Rusiya dünya nizamında dəyişikliklərin və beynəlxalq normaların təftişinin tərəfdarı kimi çıxış edirsə, o zaman bundan ən çox ziyanı elə onun özü çəkəcək. Bir çox beynəlxalq nəqliyyat və kommunikasiya xətləri məhz bu qaydalar əsasında işləyir.
Məsələn, Danimarka hökuməti bəyan edib ki,onların ərazisindəki boğazlar vasitəsilə ilə Rusiya neftini daşıyan neft tankerlərin keçidinə ekoloji problemlər səbəbindən qadağa qoymağı planlaşdırır. Bu gerçəkləşəcəyi təqdirdə Rusiyanın illik 100 milyon tondan artıq neft ixracı dayanacaq.
Sözsüz ki, Rusiyanı susdurmağın çoxsaylı yolları var, amma Qərb bunu etməkdə maraqlı görünmür… /azpolitika.info