ABŞ prezidenti Donald Tramp hərbi münaqişəyə cəlb edilməkdənsə, İranla razılaşmağa üstünlük verəcəyini deyib.
Bu barədə D.Tramp “Fox News” televiziya kanalına müsahibəsində bildirib.
“Hamı elə bilir ki, İsrail bizim köməyimizlə və ya razılığımızla [İranı] bombalayacaq. Mən belə olmamağı üstün tuturam. Mən İranla bizə [İranın nüvə obyektlərini] təftiş etmək, monitorinq etmək imkanı verəcək razılaşmaya üstünlük verərdim”, – deyə o qeyd edib.
“İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz və onları [İran hakimiyyətini] dayandırmağın iki yolu var: bomba və ya kağız parçası ilə. Mən onlara zərər verməyəcək bir müqavilə bağlamağı üstün tuturam. Düşünürəm ki, onlar da bunu istərdilər”, – deyə ABŞ prezidenti əlavə edib.