![un-2](https://aktualinfo.org/wp-content/uploads/2024/06/un-2.jpg)
Azərbaycanda un istehsalçılarının toptansatış qiymətləri açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin xəbərinə görə 6 fevrala ən bahalı un “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus undur. Bu marka altında bazara çıxarılan unun 50 kq-lıq satış qiyməti 28.20 manat təşkil edir.
Ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC-nin bazara çıxardığı undur – 26 manat.
Bu arada bəzi sahibkarlar 3 fevrala nisbətən 50 kq-lıq unun qiymətini artırıblar.
Qiymət artımı edən un istehsalçıları: “AVETA” MMC, Gəncə Dəyirman /MMC, Karat Holding MMC “Karmen” MMC, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “NEON” Firması, “Orxan UN” MMC, “Xırman” MMC, “PAK-NUR” firması, “Səma” fərdi firması, F/ş Mirzəyev İskəndər Yusubəli oğlu, “Avrora” MMC, F/Ş Cəfərli Tural, “Sünbül 2012” MMC, “Nural” MMC.