Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Azərbaycandan sonra Tramp administrasiyası da ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı tədbirlər görür.
Bu barədə politoloq Zaur Məmmədov bildirib.
Ekspert amerikalı milyarder İlon Maskın bu təşkilatı bir neçə cinayətdə ittiham etdiyini qeyd edib:
“Mask sosial şəbəkədə yazıb ki, USAID Amerikaya nifrət edən marksistlərin ilan yuvasıdır. O, USAID-i milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla, bioloji silahların istehsalını maliyyələşdirməkdə ittiham edib.
Dünən məlum olub ki, Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində 60-a yaxın yüksək vəzifəli məmuru məzuniyyətə buraxıb.
USAID son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, Azərbaycan hökumətinə qarşı ciddi və qərəzli ittihamlar səsləndirib. USAID-in Azərbaycana qarşı qərəzli ittihamları əsasən 2023-cü ilin sonunda rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Həmin vaxt USAID rəhbəri Samanta Pauer söyləmişdi ki, “birgünlük antiterror əməliyyatı nəticəsində yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub”.
Halbuki, antiterror əməliyyatından dərhal sonra Ermənistan Baş naziri Nikol Paşinyan bəyanat verdi ki, dinc əhaliyə qarşı heç bir zorakılıq olmayıb, sadəcə əhali Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyərək, Ermənistana köçüb. Həmin vaxt Azərbaycan hökuməti dinc əhaliyə erməni dilində müraciət etdi ki, Azərbaycan vətəndaşlığını qəbul edib, orada yaşaya bilərlər. Amma 20 nəfərdən başqa heç kim bunu qəbul etmədi. Pauer isə bundan sonra nədənsə, ermənidən çox erməni olmağa uğursuz cəhd göstərdi.
Görünən odur ki, Tramp USAID-in fəaliyyətini kardinal şəkildə dəyişməyi planlaşdırıb. Bu dəyişiklik isə bütün dünyanın hiss edəcəyi səviyyədə olacaq. Çünki bu qurum tərəfindən maliyyələşənlər arasında dövlətlər, səhiyyə institutları və milyonlarla insan var”.