Azərbaycan XİN Pakistana başsağlığı verib

 

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib.

Nazirlik bu barədə rəsmi “X” sosial media hesabında yazıb.

Paylaşımda Pakistanla həmrəylik qeyd olunub:

“Pakistan İslam Respublikasının Bəlucistan əyalətindəki terror aktı xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir, bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir”.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində baş verən silahlı insidentlər zamanı 18 pakistanlı hərbçi həlak olub, 23 yaraqlı isə zərərsizləşdirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password