Vladanka Andreyeva: “Azərbaycan digər ölkələrə humanitar və inkişaf yardımını getdikcə artırır”

 

Azərbaycan humanitar və inkişaf yardımını, o cümlədən BMT-nin İnkişaf Proqramı vasitəsilə digər ölkələrə göstərdiyi dəstəyi getdikcə artırır.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.

O, Azərbaycanın çoxtərəfli əməkdaşlığa güclü sadiqliyini vurğulayaraq qeyd edib:

“Son illər ərzində biz Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə liderlik rolunu gücləndirdiyinin şahidi olmuşuq. Ölkə COP29 konfransının sədri kimi iqlim böhranının həlli də daxil olmaqla, bir sıra çoxtərəfli məsələlərdə mühüm təşəbbüslər irəli sürür”.

BMT rəsmisi əlavə edib ki, Azərbaycan və BMT arasındakı tərəfdaşlıq son üç onillikdə inkişaf edib və gələcəkdə də dəyişməyə davam edəcək: “Hazırda bu əməkdaşlıq dörd əsas istiqamətə fokuslanır – zəif tərəflərin azaldılması və dayanıqlılığın artırılması, daha güclü institutların qurulması, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə, qadınların və qızların səlahiyyətlərinin artırılması ilə inklüziv inkişafın təşviqi”, – V. Andreyeva bildirib.

O qeyd edib ki, Azərbaycan hökuməti BMT ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır və bu tərəfdaşlığın gələcəkdə daha da güclənəcəyinə inanılır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password