Danışıqların sonunda ərazilər Rusiyaya qalmamalıdır – Russopulos
Ukrayna və Rusiya arasında mümkün danışıqlar zamanı “qırmızı xətlər” çəkilməlidir.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoras Russopulos bildirib.
“Əlbəttə, sülh danışıqları aparmaq yaxşıdır. Danışmasaq, bu danışıqların nəticələrini necə öyrənəcəyik? Buna görə də, prinsipcə, “qırmızı xətlər”imizi müəyyən etməliyik, sülhün nə üçün lazım olduğunu anlamalıyıq. İşğal olunmuş ərazilər Rusiyanın bir hissəsinə çevrilərsə, bu, bizim qorumaq istədiyimiz sülh olmayacaq”, – qurum rəhbəri vurğulayıb.