Trampın araşdırmasında iştirak edənlər işdən çıxarıldı
ABŞ-də Trump araşdırmasında iştirak edən işçilər işdən çıxarılıb.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi açıqlama verib.
ABŞ Ədliyyə Nazirliyi yeni prezident Donald Trampa qarşı aparılan cinayət istintaqlarında iştirak edən bir neçə işçinin işdən azad edildiyini açıqlayıb.
Məlumata görə, keçmiş xüsusi səlahiyyətli bir çox prokuror işdən çıxarılıb.
Nazirlik rəsmisi işdən çıxarma qərarının baş prokuror müavini Ceyms MakHenri tərəfindən həyata keçirildiyini təsdiqləyib.