Nəsimi Nəsibov 11 saylı RMTM-lə bağlı yazılanlara münasibət bildirdi

 

Dünən Aktualinfo.org saytında dərc edilmiş “Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir” başlıqlı məqalədə qeyd olunan məlumatlara və videofaktlara (burada: https://aktualinfo.org/2025/01/27/muxtar-babayev-masallida-agac-%c9%99kir-n%c9%99simi-n%c9%99sibov-da-mes%c9%99l%c9%99rin-k%c9%99silm%c9%99sin%c9%99-s%c9%99rait-yaradir/ ) 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov münasibət bildirib.

Redaksiyamıza zəng edən direktorun qarşı tərəf kimi mövqeyini dinlədik. Nəsimi Nəsibov sözügedən məlumatların tam yalan və şər-böhtan xarakterli olduğunu, həqiqəti əks etdirmədiyini bildirdi. O, əlavə etdi ki, “bəzi işbazlar xəbər saytlarda gedən köhnə məlumatları götürüb sizin redaksiyanıza göndəriblər. Həmin məlumatlar yol verdiyi nöqsana görə işdən çıxardığım bir nəfər tərəfindən vaxtaşırı mətbuata ötürülür. Bununla o, mənim 11 saylı RMTM-də  dövlətimiz üçün apardığım uğurlu işlərə kölgə salmaq istəyirlər. Belə adamlar haqqında hüquq mühafizə orqanlarına  müraciət edəcəm”.

Məqalədə yaydığımız videogörüntülər barədə Nəsimi Nəsibov ancaq bunu dedi: “onun hardan gəlib, hara getdiyini aidiyyatı qurumlar bilir”.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password