Magistraturaya sənəd qəbulu başa çatdı

 

Magistraturaya sənəd qəbulu başa çatıb. İmtahanda iştirak üçün 21 min 924 bakalavrın ərizəsi təsdiqlənib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata görə, ərizəsi təsdiqlənənlərdən 20 min 57 nəfər Azərbaycan bölməsi, 1 867 nəfər isə rus bölməsi üzrə olan şəxslərdir.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixləri müəyyən edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password