Aqrar Subsidiya Şurası subsidiya əmsalları ilə bağlı yeni qərar qəbul edib

 

Aqrar Subsidiya Şurası əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahəsinin minimum ölçüsü ilə bağlı qərar qəbul edib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4.1-ci yarımbəndinə müvafiq olaraq əkin subsidiyasının əldə edilməsi üçün aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüsünə dair aşağıdakı qərarlar qəbul edilib:

– Birillik bitkilər üzrə əsas əkin subsidiyası və təkrar əkin subsidiyalarının ödənilməsi üçün ayrı ayrılıqda cəmi əkin sahəsi 10 hektar və ya daha artıq olan arpa, buğda, çəltik və qarğıdalı əkinləri;

– Çoxillik bitkilər üzrə Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə çay, 2.16.1.1-2.16.1.6-cı yarımbəndləri ilə müəyyən edilmiş əkin əmsalları üzrə fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin) və ərik, habelə 2.16.1.8–2.16.1.13-cü abzasları ilə müəyyən edilmiş əkin əmsalları üzrə armud, alma, gilas, xurma(xirnik), badam və qoz əkinləri, bu bağların salınması üçün müəyyən edilən minimum hektarlara müvafiq olaraq sığortalanmalıdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password