Zaur Mikayılovun adamı Zaur Əzizov Ucar Su Meliorasiya Sistemləri Birliyində hegomonluq edir
Ucar rayon sakinləri, Əliyev Samir Tahir oğlu, Məsimov Vüqar Yasəf oğlu, Məmmədov İsmət Vadil oğlu, Kərimov Dəyanət Eyvaz oğlu tərəfindən rayonda Ucar Su Meliorasiya Sistemləri Birliyinin vəzifəli şəxslərinin əməllərinin ictimailəşdirilməsi məqsədi ilə müraciət ünvanlanıb.
Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
Ucar Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov böyük su boruluranı oğurlayıb satmaqla məşğuldur. Artıq çoxlu sayda böyük həcmli su boruları satılmaq üçün yerlərdən qazılaraq çıxarılıb idarənin (su anbarının) həyətinə yığılıb.
Zaur Əzizovun özü ilə vəzifəyə gətirdiyi Zərdab rayon sakini Ceyran Miraslanlı operator vəzifəsində işləsədə müdir müavini Zaur Əzizovun yanında oturub bütün işlərə nəzarət edir. Necə deyərlər Ucar Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun adamı olmasını bildirirərək talançılığa artıq start verib. Belə getsə Ucarda su boruları qalmayacaq.
Zaur Əzizov vəzifəyə gəldiyi ilk gündən Ucar rayonunda suyun verilməsi azaldılıb abonentlərdən əlavə pullar tələb olunur. Sayğaclara müdaxilələr edilir ki, bu yolla vətəndaşların cibini soya bilsinlər. Ucar Su Meliorasiya Sistemləri Birliyinin bütün texnikaları hər gün xalturaya cəlb edilir. Əldə edilən pullar Zaur Əzizov tərəfindən bölünür.
Qeyd edək ki, Ucar Su Meliorasiya Sistemləri Birliyinin müdiri Müşfiq Məmmədov rayon icra başçısı Mənsur Məmmədovun qardaşıdır. Zaur Əzizovun isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Zaur Mikayılovun adamı olduğu deyilir. Elə bu səbəbdəndir ki, Zaur Əzizov müdiri Müşfiq Məmmədovu saya salmır idarədə əməlli başlı hegomonluq edir.
Ucar rayonunda suvarma sistemləri bərbad vəziyyətdədir, su kanalları vaxtlı -vaxtında təmizlənmir. İdarəyə ayrılan yanacaqlar və digər vəsaitlər satılaraq talan edilir. İllərlə təmizlənməyən kanalların ildə bir- neçə dəfə təmzilənməsinə dair saxta sənədləşmələr aparılaraq dövlətin ayırdığı vəsaiti mənimsəyirlər.
Buna görə də hüquq mühafizə orqanları Ucar Su Meliorasiya Sistemləri Birliyinin fəliyyətini araşdırıb qanunu tədbirlər görməlidilər.
Aktualinfo.org