Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib

 

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

Bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, Agentliyin Tovuz, Bәrdә, Lәnkәran vә Xaçmaz şәhәrlәrindә inzibati binalarının tikintisi başa çatsa da, onlar istismara qәbul edilmәyib.

Azərbaycana qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi üçün ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız birində – Qazax rayonundakı “Qırmızı Körpü”də nәzarәt-keçid mәntәqәsi tikilib. Bu isə qida tәhlükәsizliyi istiqamәtindә operativ tәdbirlәr görməyə imkan vermir.

Agentlik Dövlәt Proqramının tәlәbinә uyğun olaraq “Qida Tәhlükәsizliyi Agentliyi üzrә böhran vәziyyәtlәrinin kommunikasiya Planı” hazırlasa da, onun tәsdiq olunmasından sonra böhran vәziyyәtlәrinin baş vermәmәsi şәraitindә simulyasiya tәlimlәrinin dә keçirilmәmәsi hәmin planın effektivliyinin qiymәtlәndirilmәsinә şәrait yaratmayıb.

“Qida vә yem mәhsullarına sağlamlıq sertifikatlarının verilmәsi Qaydası vә forması” tәsdiq edilsә dә, Agentlik elektron sertifikat verilmәsi üzrә müәyyәn edilmiş hәdәflәrә nail olmayıb.

Auditin sona çatdığı 1 may 2024-cü il tarixә “Qida subyektlәrinin vә obyektlәrinin qida tәhlükәsizliyi reytinqinin aparılması qaydası”nın layihәsi hazırlansa da, 1 yanvar 2024-cü ilә qeyd edilәn sahә üzrә qaydalar mövcud olmayıb ki, bu da qeyd edilәn istiqamәtdә müvafiq mexanizmin olmamasını vә bununla da qidaların tәhlükәsizlik sәviyyәsi üzrә tәsniflәşdirilә bilinmәmәsini şәrtlәndirib.

Palata müәyyәn olunmuş nöqsanlarla bağlı Agentliyə bir sıra tövsiyyələr verib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password