“Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Enerji İstehsalı Operatorunun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsi var. Sözügedən İdarənin əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir-tikinti işlərinə nəzarət etməkdir. Xidmət İdarəsinin rəisi Yusifov Üzeyir Milan oğludur.
Qeyd edək ki, Üzeyir Yusifov 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyon manat ziyanı (o vaxtın kursuna görə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır (lakin faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmamışdır).
Məhkumluq həyatını başa vurduqdan sonra Üzeyir Yusifov Gəncə şəhərindəki zavodların birində işə düzəlmiş, 2018-ci ildə Baba Rzayevin (əslində isə həmyerlisi, “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin)” sayəsində Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində rəis vəzifəsinə gətirilmişdir.
Qeyd etdiyimiz kimi Xidmət İdarəsinin əsas funksiyası “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir-tikinti işlərinə nəzarət etməkdir. Məlum olduğu kimi son illər Azərbaycanın enerji sektorunda bir çox mühüm layihələr həyata keçirilir və dövlətimiz tərəfindən bu məqsədlərlə yüz milyonlarla manat vəsait ayrılır.
Məlum olduğu kimi Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində “Azərenerji” tərəfindən əlavə 1280 MVt istehsal gücündə yeni elektrik stansiyası yaradılır. 2023-cü ilin fevralın 13-də Bakıda, “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev bildirmişdi ki, “İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır”.
Qeyd edək ki, yeni elektrik stansiyasınıın 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur və tikinti prosesini İtaliya və Çin şirkəti ilə bərabər ixtisaslaşmış yerli şirkət həyata keçirəcək. Redaksiyamıza verilən məlumata görə 2024-cü ilin dekabrında yeni elektrik stansiyasınıın sınağı keçirilib. Bu zaman Üzeyir Yusifovun rəhbərlik etdiyi Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin üzərinə düşən öhdəlikləri layiqincə yerinə yermədiyi bəlli olub. Prezident İlham Əliyevin də iştirakı ilə açılışı yanvarda baş tutmalı olan stansiyanın açılışı aprelə qədər uzadılıb.
Buna səbəb Baba Rzayevin sayəsində vəzifəyə gətirilmiş Üzeyir Yusifovun rəhbərlik etdiyi qurumun yeni elektrik stansiyasının tikintisi zamanı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə bilməməsi olub. Bu olayı isə yuxarı dairələr narazılıqla qarşılayıblar. Göründüyü kimi Üzeyir Yusifovun idarəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir –tikinti işlərinə nəzarət etmək funksiyasını layiqincə yerinə yetirə bilməmişdir. Amma dəstəsi ilə birlikdə dövlət büdcəsinə külli-miqdarda ziyan vurmaqda davam edir, özünə və ətrafına dəyəri yüz minlərlə ölçülən əmlaklar alır.
Qeyd edək ki, Aktualinfo.org bir müddət əvvəl “Azərenerji” ASC Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində rəhbərliyə başladıqdan sonra Üzeyir Yusifovun əldə etdiyi milyonlarla manat dəyəri olan daşınmaz əmlaklarla bağlı məlumat yaymışdı. Verilən ən son məlumatlarda isə onun yeni əmlaklarının bir neçəsinin fotosu göndərilib və Üzeyir Yusifovun 2015-ci ilə qədər ailəsi ilə birlikdə yaşadığı Sabunçu rayonu 3 saylı xəstəxananın yanındakı köhnə binadakı 2 otaqlı təmirsiz evlə müqayisə edilir.
Üzeyir Yusifovun 2018-ci ildən əvvəl və sonra sahib olduğu əmlakların siyahısını bir daha diqqətinizə çatdırırıq.
Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280 000 manat olan 4 otaqlı mənzil,
- Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440 000 manata aldığı 4 otaqlı, 165 kv.m sahəsi olan təmirli mənzili,
- Bakının Binəqədi rayonu, Novxanı qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500 000 mant olan iki mərtəbəli villası,
- Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.
- Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
- 2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200 000 manata aldığı Rang Rover avtomobili,
- 2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili,
- Kürəkəninə aldığı 2020-ci il buraxılışlı 99 CY 199 nömrəli MERCEDES avtomobili,
- CİP Camar markalı avtomobili,
- 2019-cu il burxılışlı KİA STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,
- Hazırda yeni 2022-ci il buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.
- Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600 000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan “AY Beauty Gallery” gözəllik salonu.,
- Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500 000 manat dəyəri olan mənzili,
- 2024-cü ildə həyat yoldaşı Suğra Yusifovanın adına sənədləşən Mingəçevir şəhərinə bir neçə km qalmış, yolun sağında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində tikilməkdə olan 2 ədəd ikimərtəbəli villalar.
Qeyd edək ki, Üzeyir Yusifovla bağlı məlumatlar bunlarla bitmir. Son zamanlar elektron mediada yayılanları təkrar etmək istəməzdik. Amma xatırlatmaq istərdik ki, Üzeyir Yusifovun xanım işçilərə (bəzilərinin adı mediada hallanıb) aldığı bahalı hədiyyələrdən “Azərenerji” ASC-nin bütün işçıləri, sıravisindən tutmuş vəzifəlisinə qədər, Şirvandan tutmuş, Mingəçevirə qədər hamı bilib. Təbii ki, bəzi məlumatlar aidiyyatı dövlət qurumları tərəifndən Baba Rzayevə çatdırıldıqda, sədr tədbirlər görüb, Üzeyir Yusifovun İdarədə geniş şəraitlər yarıtdığı xanım artıq işdən çıxarılıb. Ən son məlumata görə isə rəis indi də Mingəçevir şəhərində başqa bir xanıma ev alıb.
Hələ bir neçə ay əvvəl Üzeyir Yusifovla bağlı qalmaqallı məlumatların mediada yayılması Baba Rzayevin qəzəbinə tuş gəlmişdi. Amma maraqlıdır ki, Baba Rzayev 4-5 ildir vəzifəyə təyin edilmiş Üzeyir Yusifovun topladığı milyonlarla manatlıq var-dövlətin haradan, hansı yollarla əldə olunmasına nədənsə qəzəblənməyib. Yuxarıda qeyd etiyimiz kimi Üzeyir Yusifova bütün bu kimi özbaşınalıqları törətməyə şəraiti həm də ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin yartdığı söylənilir. Verilən ən son məlumatlarda hətta qeyd edilir ki, vitse-prezident Ziyəddin Quliyevin göstərişi ilə işə götürdüyü bir xanımı Üzeyir Yusifov son bir ildə şəxsi vəsaitləri hesabına bir neçə dəfə Türkiyənin bahalı otellərində istirahətə göndərib. Hardandı Üzeyir Yusifovda bu qədər pul?
Redaksiyamıza fotosu ilə bərabər verilən ən son məlumatların biri də Üzeyir Yusifovun rəhbərlik etdiyi idarədə pulu hansı yollarla qazanması barədədi. Məlumatlı şəxsin dediyinə görə foto Üzeyir Yusifovun masasının üstündə olub, hansısa maliyyə əməliyyatının iki variantda hesablanmasıdır. Yəni, birinci variantda nə qədər vəsait silmək olar, bir də ikinci varintda.
Dövlətin təmir-tikinti, quraşdırma işləri üçün “Azərenerji”yə ayırdığı pulların bu şəkildə talan edilməsinə, şəxsi məqsədlərə, bahalı hədiyyələrə xərclənməsinə Üzeyir Yusifova kim səlahiyyət verib?
Qeyd edək ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Korporativ Etika Qaydaları müəyyən edib. Cəmiyyət daxilində Korporativ Etika Qaydalarının məqsədi yüksək etik davranış standartlarının tətbiqinə nail olmaq; “Cəmiyyət” daxilində etik davranışı həvəsləndirmək və qeyri-etik davranışa görə cəzalandırmaq; rəhbərlikdə olanlar və işçilər tərəfindən yerinə yetirilməli olan müvafıq standart və davranışa əsaslanan etik davranışı “Cəmiyyət” daxilində inkişaf etdirməkdir.
“Cəmiyyət”in önəm verdiyi dəyərlərə diqqət yetirək. “Cəmiyyət” bütün daxili və xarici əlaqələrində öz öhdəliklərini bu dəyərlərə əsaslanaraq yerinə yetirir: şəffaflıq, məsuliyyət, səmərəlilik, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, İnsan hüquqlarına hörmət; Biznesin vicdanlılıq və ədalətlilik çərçivəsində həyata keçirilməsi, rüşvət və
korrupsiyanın və ya oxşar qəbul olunmaz işgüzar təcrübənin rədd edilməsi və işgüzar ənənədən irəli gələn və əhəmiyyətsiz olduğu və nadir hallarda baş verdiyi hallar istisna olmaqla hədiyyənin verilməsi və qəbul edilməsindən imtina.
İndi, buradan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevə sual vermək istərdik. Enerji İstehsalı Operatorunun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifovun bu əməlləri “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə nə dərəcədə üst-üstə düşür.
Aktualinfo.org